
"Küçədə, bayırda insanların sifətindən zəhrimar yağır" - Cəmiyyətdəki aqressiya
12:49 06.11.2017
Arxiv
933
Azad İsazadə :"Bu gün küçədə tək gedən insan gülürsə, ya əcnəbi, ya da ruhi xəstədir"
"Dünyada gedən proseslər, siyasi gərginliklər, davam edən müharibələr sadə insanların psixologiyasına da mənfi təsir edir”.
Bunu "Sherg.az”a son vaxtlar cəmiyyətdə, insanlarda müşahidə olunan aqressiyanın səbəblərini izah edərkən psixoloq Azad İsazadə deyib.
O bildirib ki, insanlar bir-birini dinləmək istəmir, bacarmır:
"Hamı öz bildiyini başqasına yeritmək istəyir. Bir-birimizin sözünü yarıda kəsirik, axıra qədər dinləmək istəmirik. Bu, istər-istəməz aqressiya yaradır.

Biz dərdimizi bölüşəndə, fikirlərimizi kiməsə çatdıranda nisbətən rahatlaşırıq. O enerji bədəndən çıxmadıqda isə aqressivləşmə baş verir. Sözlə başa sala bilmədikdə, hətta fiziki təsirə qədər gəlib çıxır. Bəzən düz sözü elə aqressiv formada deyirik ki, qarşı tərəf bunu eşitmək istəmir.
Deyirlər ki, küçədə, bayırda insanların sifətindən zəhrimar yağır. "Bəxt üzüyü” filmində belə bir ifadə var: "Zəhrimarı çox elə”. Bizdə üzdə zəhrimar olması ciddiliyin rəmzinə çevrilib. Bu gün küçədə tək gedən insan gülürsə, ya əcnəbi, ya da ruhi xəstədir. Hamımız özümüzü həddindən artıq ciddi göstərməyə çalışırıq.
Bu nədənsə, zəhrimarın çox olması ilə ölçülür. İnsan nə qədər sifətdə zəhrimar çox olsa, daha ciddi görünəcək. İnsanlarda belə fikir formalaşıb ki, üzüm gülsə, düzgün başa düşməyəcəklər, problemlərlə daha çox yükləyəcəklər”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual