"Kütləvi informasiya vasitələri haqqında" Qanunda dəyişiklik edildi




Prezident İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklikləri təsdiq edib. 

"Sherg.az"AzərTAc-a istinadən xəbər verir ki,qanunun 19-cu maddənin ikinci hissəsinin 2-ci bəndinə "həmin əməli” sözlərindən sonra "inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir” sözləri əlavə edilib.
Bundan başqa 59-cu maddənin altıncı və yeddinci abzaslarında "Azərbaycan Respublikasının qanunvericiliyi ilə” sözləri "qanunla” sözü ilə əvəz edilib.