"London City" Universitetini qırmızı diplomla bitirən yeganə azərbaycanlı... - Foto
14:49 05.02.2020
Arxiv
395
Tofiq Seyidov kimdir?
Böyük Britaniyanın "London City" Universitetini bu il qırmızı diplomla bitirən yeganə azərbaycanlı Tofiq Seyidov haqqında sosial şəbəkələrdə məlumatlar paylaşıb. Bu cür gənclərimizin nüfuzlu universitetlərdə təhsil alması sevindirici haldır. Tofiq Seyidovu Azərbaycan oxucularına təqdim etmək üçün bir neçə sual ünvanlamışıq. Qeyd edim ki, Tofiq Seyidov Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü Elşən Abbasovun bacısı oğludur.
-Tofiq bəy,ilk öncə özünüz haqqında məlumat verərsiniz.
-1996-cı ildə Bakı şəhərində anadan olmuşam. 2013-cü ildə 246 saylı məktəb liseyi bitirmişəm. Elə həmin il “Azərbaycan Turizm və Menecment” universitetinin “Menecment” ixtisasına qəbul olmuşam. 2017-ci ildə oranı bitirib. Universitetin Bakalavr dərəcəsini aldıqdan sonra “KICL college”-də “Business, Law and Social Sciences” ixtisası üzrə pre-master təhsili almış və 2018-ci ildə oranı fərqlənmə ilə bitirmişəm.
Elə həmin il “City, University of London”-un London-un Riyaziyyat, Komputer Elmləri və Mühəndislik məktəbini fərqlənmə ilə bitirən yeganə azərbaycanlıyam. Elə həmin il “City, University of London”-un “School of Mathematics, Computer Science and Engineering” fakültəsində “Business Systems, Analysis and Design” ixtisasına qəbul olmuşam.2019-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib “Master of Science” dərəcəsinə yiyələnmişəm.
-Universitet sizə nə qazandırdı?
-City, University of London-da oxuduğum müddətdə çox sayda yeni insanlarla və yeniliklərlə tanış oldum. Bu innovasyalar və ümumi tələbə atmosferi məni öyrəndikərimi Azərbaycanda tətbiq etməyə və bunu xalqımızın daha çox gənclərinə çatdırmağa motivə edir. 2008-ci ildə ERP sahəsində böyük bir irlələyiş baş verdi. Bu yenilik biznes proses menecmentin (BPM) ənənəvi qaydasının sosial biznes proses menecment ilə (SBPM) əvəzlənib daha təkminləşmiş halının yaradılması idi. SBPM, bilinən ənənəvi BPM-ə “web 2.0” və ya “social software” funksiyalarının əlavə edilməsi ilə əmələ gələn və informasiya/bilgi axınlarının daha yaxşı idarə edilməsini təmin edən bir mexanizmdir. Sahənin yeni olması və dünyada kifayət qədər populyarlığı mənə bu sahə üzrə elmi iş yazmağa stimul verdi. SBPM-də “social tagging” mexanizminin ideya sahibi, yaradıcısı, mənim müəllim və elmi rəhbərim Dr. Mohammad Ehsan Rangihanın dəstəyi ilə SBPM-in otel sektorundakı bilgi menecmetinə təsiri uzrə elmi layihəyə başladım. Layihə uğurlu şəkildə başa çatdı. Bilgi menecmenti üzrə araşdırmalar apardığım müddət ərzində müəllimim olan Dr. Andrew MacFarlane mənə əvəzsiz sayıla biləcək ədəbiyyat siyahısı və tövsiyyələr verdi və mən bilginin alınması, saxlanılması və yenidən istifadəsinin nə qədər çətin və bir o qədər də önəmli proses olduğunu gördüm.
-Bu sahəyə marağınız nədən qaynaqlanır?
-Mənim bu sahələrə maraq salmağımın əsas məqsədi ölkəmizdə bu sahənin daha çox inkişaf etdirilməsidir. Elmi layihəmin otel sektorunu əsas götürməsinin səbəbi isə ölkəmizdə hazırda gedən turizm inkişafına dəstək olmaq idi. Dünyanın müxtəlif ölkələrindən olan yoldaşlarım öz ölkələri üçün çalışarkən, mənim də Azərbaycan üçün çalışdığımı bilmək mənə qürur və güc verirdi. İnkişaf etmiş ölkələrdə təhsilin roluna və bəhrəsinə baxanarkən ulu öndər Heydər Əliyevin “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.” sözlərini xatırlayıram. Hazırda hədəfim bu sahə üzrə öyrəndiklərimi Azərbaycan cəmiyyətinin inkişafında rol oynaması üçün ölkəmizdə tətbiq etmək, kifayət qədər təcrübəyə yiyələndikdən sonra isə PhD edərək fəlsəfə elmlər doktoru” dərəcəsinə yiyələnməkdir.
Elnur Eltürk
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm