Lotu Quli” ilə bağlı yeni XƏBƏR - Saxlanılıb, amma... - TƏFƏRRÜAT
06:56 24.08.2018
Arxiv
939
Kriminal aləmdə "Lotu Quli” adı ilə tanınmış 45 yaşlı azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun Çernoqoriyada saxlanılması barədə xəbər Rusiyanın məşhur "Praymkraym” saytı tərəfindən də təsdiqlənib.
Modern.az xəbər verir ki, adı çəkilən saytın məlumatına görə, "Lotu Quli” saxlanılıb, amma bir gün sonra məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
Həmin məhkəmə "Lotu Quli” ilə birgə saxlanılan qohumu Məhəmməd Qurbanovun isə Rusiyaya ekstradisiyası barədə qərar qəbul edib.
Hər iki şəxs Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin xətti ilə beynəlxalq axtarışa verilib. Səlifov və Qurbanov Rusiyada adam qaçırma maddələri ilə ittiham olunurlar.
Ümumiyyətlə, 45 yaşlı "qanuni oğru” "Lotu Quli”nin adında qeyri-rəsmi olaraq Rusiyada bir sıra cinayətlər yatır. Ən maraqlısı isə bu qeyri-rəsmi cinayətlərin Səlifov tərəfində Azərbaycanda həbsdə olduğu müddətdə işləndiyi iddia olunur.
"Praymkraym”ın məlumatına görə, "Lotu Quli” ümumiyyətlə qanun və digər hər şeyə laqeyd yanaşması ilə tanınır. Belə ki, instintaqın iddiasına əsasən, o, öz "qurbanları”na hətta həbsdən belə şəxsən zəng etməkdən çəkinmirmiş.
Nadir Səlifovun digər ölkələrdə saxlanılması isə daha maraqlı bir mövzudur. İnterpol-un məlumatına görə, o, mayın əvvəlində Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb. Təbii ki, bir müddət sonra yenidən azadlığa buraxılıb. Rusiya tərəfi isə onun azadlığa buraxılmasının səbəbləri barədə hələ də cavab ala bilməyib. Bundan əvvəl isə həbsdən azad olunandan sonra Səlifov Türkiyəyə üz tutub. Keçən ilin oktyabrında o, Türkiyədə qeydə alınsa da, yenə də Rusiya DİN-nin böyük təkidlərinə baxmayaraq, həbs edilməyib.
"Lotu Quli”nin Çernoqoriyada olması ilə bağlı bəzi iddialar ortaya atılıb. Bu iddialara görə, burada onun 23 illik həbsdən sonra azadlıqda ilk ad günü münasibəti ilə "qanuni oğru”ların böyük "sxodka”sı planlaşdırılır.
Qeyd edək ki, digər "qanuni oğru”ların xaricdə həbs edilib sonradan Rusiyaya ekstradisiyası fonunda Nadir Səlifovun azadlığa buraxılması onun avtoritetinin necə artdığını göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə