“Mançester Yunayted” “Çelsi”yə boyun əydi
20:08 05.11.2017
Arxiv
546
“Qırmızı şeytanlar” liderlik mübarizəsində ciddi zərbə aldı
İngiltərə Premyer Liqasının 11-ci turunda çempionatın lideri "Mançester Siti” ən yaxın izləyicisi "Mançester Yunayted”in məğlubiyyətindən sonra aradakı xal fərqinin 8-ə çatdırılmasına nail olub.
AZƏRTAC xəbər verir ki, şəhərlilər doğma meydanda "Arsenal”ı 3:1 hesabı ilə məğlubiyyətə uğradaraq xallarının sayını 31-ə çatdırıblar. Ev sahiblərinin heyətində Kevin de Brüyn (19), Serxio Aqüero (50) və Qabriel Xesus (74) fərqləniblər. Topçuların təsəlli qolunu isə 65-ci dəqiqədə Lakazet vurub. "Arsenal” isə 19 xalla altıncı pilləyə yuvarlanıb.
Premyer Liqada ikinci sırada mübarizəni davam etdirən "Mançester Yunayted” isə səfərdə "Çelsi”yə minimal hesabla məğlub olaraq liderlik mübarizəsində ciddi zərbə alıb. Oyunda yeganə qolu matçın 55-ci dəqiqəsində Alvaro Morata "Qırmızı şeytanlar”ın qapısından keçirib. Çempionatda ardıcıl üçüncü qələbəsini qazanan "Çelsi” 22 xalla dördüncü pillədə qərarlaşıb. "Mançester Yunayted” isə məğlub olmasına baxmayaraq, 23 xalla ikinci sıradakı mövqeyini qoruyub. (azərtac)
Çempionluq uğrunda mübarizəsi aparan "Tottenhem” isə 11-ci turda ev oyununda "Kristal Palas”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradaraq xallarının sayını 23-ə çatdırıb. "Tottenhem” klubu "Mançester Yunayted” ilə eyni xala malik olsa da, top fərqinə görə üçüncü pillədədir.
Ötən gün səfərdə "Uest Hem” üzərində 4:1 hesabı ilə qələbə qazanan "Liverpul” isə 19 xalla beşinci sıraya yüksəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol