Mehdiabadda məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya keçirilib
12:10 29.11.2018
Arxiv
583
Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində öz yurdundan didərgin düşən qaçqın və məcburi köçkün həmvətənlərimizin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial siyasətində mühüm istiqamətlərdəndir.
"Sherg.az"ın xəbərinə görə, bu kateqoriyadan olan vətəndaşlar üçün layiqli həyat şəraitinin yaradılmasına Birinci vitse-prezident xanım Mehriban Əliyeva da ciddi diqqət və həssaslıqla yanaşır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, məcburi köçkünlər üçün tikilən qəsəbələrin hər birində tibb məntəqələri fəaliyyət göstərir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu isə ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin müayinə, müalicə, əməliyyat xərclərini öz üzərinə götürərək, onların sağlamlığının bərpası üçün zəruri tədbirlər görür.
Dövlətimizin başçısının tapşırığına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi noyabrın 29-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin ödənişsiz tibbi müayinədən keçirilməsini təşkil edib.
Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 23 nəfərdən ibarət həkim briqadası qəsəbədəki tibb məntəqəsində məcburi köçkünlərlə yanaşı, yerli sakinlərə də ixtisaslaşmış tibbi yardım göstərib. Briqadanın tərkibindəki kardioloq, nefroloq, endokrinoloq, qastroenteoloq, ginekoloq, lor, nevropotoloq, pediatr və digər tibbi sahələr üzrə həkimlər ümumilikdə 500-ə yaxın vətəndaşı müayinə ediblər.
Müayinədən keçmiş şəxslərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib. Daha ağır vəziyyətdə olanlara xəstəxanaya göndəriş verilib.
Aksiyada iştirak edən məcburi köçkünlər və qəsəbə sakinləri yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edib.
Qeyd edək ki, ödənişsiz tibbi aksiyanın məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm