
Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır - FOTO
06:58 23.08.2018
Arxiv
724
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır.
Heydər Əliyev Fondundan Modern.az-a verilən məlumata görə, layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir. Bu məqsədlə ətlik cins heyvanlar regionlardan gətirilərək xüsusi ət kəsimi müəssisələrində kəsilərək qablaşdırılıb. Qurban payları regionlar və Bakının rayonlarında ünvanlı sosial yardım alan 51.157 ailənin hər birinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə paylanılır, sakinlər bayram münasibətilə təbrik edilir.
Bayram sovqatlarının paylanılması avqustun 23-dək davam edəcək.
Qeyd edək ki, sosial-iqtisadi inkişafa yönəlik dövlət proqramlarına dəstək verən Heydər Əliyev Fondu aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır, müxtəlif bayramlar və əlamətdar günləri onlarla birlikdə qeyd edir. Bununla yanaşı, respublikda üzrə sosial yardım alan bütün ailələrə 2016-2018-ci illərdə Yeni il və Novruz bayramlarında Heydər Əliyev Fondunun sovqatları paylanılmış, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilmiş, hədiyyələr verilmişdi.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media