Məktəbə çatanda saçları donmuşdu: Baxın, sonra nə oldu? - FOTOLAR

Çində 8 yaşlı balaca uşaq, şaxtalı havada təxminən 1 saat yol gedərək məktəbə çatanda saçları və qaşları donmuşdu.
 
Nə oldusa, bundan sonra oldu. Fumanın da, o məktəbin də üzünə gün doğdu.
8 yaşlı Vanq Fuman məktəbə getmək üçün təxminən 1 saat yol getməli idi. Üstəlik də -9 dərəcə soyuq havada. Fuman məktəbə çatanda saçları və qaşları donmuşdu. Uşağın bu görüntüsü sosial mediada yayıldıqdan sonra yardım sevərlər hərəkətə keçdi.
Getdiyi məktəbdə hər hansı bir istilik sistemi olmayan Fuman və sinif yoldaşları üçün başladılan kampaniyada təxminən 340 min dollarlıq yardım toplandı.
Kampaniyanı icra edən Yunnan Gənclik İnkişaf Dərnəyi, Zhuanshanbao ibtidai məktəbində oxuyan hər uşağın isti paltar, dərs ləvazimatı ilə yanaşı fərdi olaraq 500 yuan (57 dollar) dəyərində maddi yardım alacağını bildirib.