Məşhur tədqiqatçı Gəncənin merinə müraciət etdi
15:35 07.11.2017
Arxiv
885
Aslan Kənan: "Elmar müəllim, mənə qarşı süründürməçiliyə son qoyulmasını xahiş edirəm"
Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aslan Kənan "Şərq” qəzeti vasitəsilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə müraciət edib. Hər il olduğu kimi 2016-cı ildə də istirahət etmək məqsədilə ailəsi ilə birgə Gəncə şəhərinə getdiyini vurğulayan A.Kənanın sözlərinə görə, icra başçısının rəhbərliyi ilə şəhərin hər bir yerinə yeni geniş yollar çəkilib, xiyabanlar salınıb, hündürmərtəbəli binalar, yeni-yeni məktəblər, bağçalar tikilib.
Aparılan yenidənqurma və təmir işləri fonunda şəhər ildən-ilə, gündən-günə gözəlləşib. Hər dəfə Gəncəyə gedəndə qürur hissi keçirdiyini qeyd edən müraciətçi Azərbaycanın ikinci şəhərinin belə yaşam tərzinin onu daha da sevindirdiyini deyib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının qayğısı nəticəsində gözəlləşən şəhərə gələn qonaqlar bu qədim yurdu tərk etmək istəmir. Sevindirici haldır ki, Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016” müsabiqəsinin qalibi seçilib. Belə yerdə yaşayıb-yaratmaq insanı daha da həvəsləndirir”.
A.Kənan məktubunda daimi olaraq Gəncəni ziyarət edib, orada dincəlmək səbəbilə bir neçə il öncə Gəncə şəhərinin "Gülüstan” deyilən yerində altı sotluq torpaq sahəsində özünə bir otaqlı ev tikdiyini də qeyd edib: "Məqsədim hər il yay aylarında bura gəlib dincəlmək idi. Bura həm də yaradıcılıq üçün ən əlverişli yerdir. Buna görə də hər il burada dincəlirəm. Məhz buna görə ildə bir ay dincəldiyim evi adıma sənədləşdirmək qərarına gəldim.
Buna görə də Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi Eldəniz Cəfər oğlu Səttarova müraciət etdim. O məni həmin şöbənin rəisinin yanına apardı. Dedi ki, hörmətli adamdır, ziyalıdır, burada tikdirdiyi evi adına sənədləşdirmək istəyir. Allahtərəfi şöbə müdiri o dəqiqə ona göstəriş verdi ki, sənədlər təcili hazırlansın. Hafizəmdə yanılmıramsa, 2016-cı ilin iyul ayının 14-də Gəncə şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin işçilərindən dörd nəfər əməkdaşı "Niva” markalı maşınla mənə aid olan evə və həyətə baxış keçirtdilər. Həmin əməkdaşlar yaşadığım evin, həyətin sahəsini ölçdülər və xüdahafizləşib getdilər. Gedəndə də hələ mənə "xeyirli olsun” deməyi yaddan çıxartmadılar.
Onlara minnətdarlığımı bildirdim. Bir gün sonra Eldəniz müəllimlə görüşdüm, artıq evin, həyətyanı sahənin çertyojunu da mənə göstərdi və dedi ki, sənədə qol çəkildikdən sonra sizə zəng edərəm, bir nəfərə deyərsiniz gəlib götürər”.
Məzuniyyəti bitdiyi üçün Bakıya qayıtdığını və həmin söhbətdən bir ay sonra Eldəniz Səttarovla əlaqə saxladığını əlavə edən A.Kənana deyilib ki, başçı burada yoxdur, gələr təsdiq etdirərəm: "Bir müddət sonra yenə telefon açdım, dedi ki, mən məzuniyyətdəyəm, gələrəm imza etdirərəm. Bir müddət də gözlədim və yenidən telefon açdım. Yenə də həmin cavabı aldım.
Hörmətli Elmar müəllim!
Bu il yarımda Gəncə şəhər, Nizami Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin mənə qarşı edilən süründürməçiliyinə son qoyulmasına kömək etməyinizi Sizdən xahiş edirəm”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət