Millət vəkili: Vəkillik institutu gücləndirilməlidir"
16:42 31.10.2017
Arxiv
484
Milli Məclisin bugünkü iclasında Mülki Prosessual və İnzibati Prosessual məcəllələrin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirəsi zamanı millət vəkili Q.Paşayeva çıxış edərək bu dəyişikliklərlə bərabər vəkillik institunun güclənməsi və saylarınını dəfələrlə artırılması qqısa zamanda baş verməzsə ciddi problemlərin yaranacağını və insanların narazılığının artacağını bildirib. Qeyd edək ki layihə məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlıdır.
Layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Millət vəkili Q.Paşayeva layihənin qəbulu ilə yanaşı qıss zamanda vəkillərin sayının bir neçə dəfə artması üçün ciddi adddımlar atılmalıdır əks halda ciddi problemlər yarana bilər deyib:” Avropa Şurası ölkələri arasında da, region ölkələri arasında da ən az vəkil olan ölkələrdən biri Azərbaycandır. Ölkədə vəkillərin sayı 1000-nəfərdən azdır. Onların da əksəriyyəti paytaxtda fəaliyyət göstəririr. Regionlarda fəaliyyət göstərən vəkillərin sayı 300-ə belə çatmır. Ona görə də məhkəmələrdə qanuni nümayəndəlik institutunun ləğvi ilə bağlı müzakirə olunan bu layihə millət vəkillərində bu qədər narahatlıq doğurur. Mən özüm də rayonlardan birini təmsil edirəm. Minlərlə məhkəmə işləri ilə müqayisədə vəkillərin sayı dəhşətli dərəcədə azdır.
Nümayəndəlik institutu layihədə vurğulandığı kimi yanvarın 1-dən ləğv olunduqda cəmi 930-yaxın vəkil onminlərlə məhkəmə prosesləri qarşısında dayana bilməz. Bunu sayını bir az artırsaq belə çox ağır nəticələrdən qaça bilməyəcəyik. Vəkillərə onlarla müraciətlər daxil olduğu zaman onlar seçməyə başlayacaqlar, xidmət qiymətləri qalxacaq və bir çox insanları onu ödəyə bilməyəcək və buda narazılığı artıra bilər.
Ona görə də əgər bu layihə qəbul olunacaqsa yanvarın 1-nı qədər vəkillərin imtahanı və fəaliyyətə başlaması prosesini və prosedurlarını surətləndirmək və sadələşdirmək lazımdır ki vəkillərin sayı qısa zamanda ən azı 4-5 dəfə arta bilsin. O qədər gənc kadrlar var ki onların vəkiliyə gəlməsi üçün prosedurları sadələşdirməliyik. Bu problemdən əsas çıxış yoludur. Doğrudur nümayəndəlik institutunda dələduzqluqla, fırıldaqla məşul olaraq insanları aldadanlar, zərər vuranlar da var idi və bu hamımızı narahat edirdi. Amma bir məsələni düzəltmək istəyəndə başqa ciddi problemlərin yaranmaması üçün parallel olaraq vəkillik institutunun inkişafı ilə də bağlı ciddi addımlar atılmalıdır.
Eyni zamada nümayəndəlik institunun ləğvi, məhdudlaşdırması ilə məhkəmə sistemində rast gəlinən bir sıra xoşagəlməz halların tamamilə aradan qalxacağını düşünmək də mümkünsüzdür. Çünki bu məsələdə problem sadəcə bir tərəfdən deyil iki tərəfdən qaynaqlanırdı. Ona görə məhkəmələrimiz də insanlar arasında bu sistemə etibarın və inamın daha da artması üçün addımlar atmalıdır.
Çalışmalıyıq ki insanlarımızın məhkəmə sistemi vasitəsi ilə hüquqlarını qoruya bilməsi imkanları daha da genişlənsin və hər kəs üçün əlçatan olsun. Ona görə də müvafiq qurumları bu məsələlərə də diqqət ayırmağa çağırırıq”.
Çıxışın videosunu burden izləyə bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual