Moskvada azərbaycanlılara məxsus avtosalonlarda ƏMƏLİYYAT
09:44 07.11.2017
Arxiv
506
Moskvada azərbaycanlılara məxsus avtomobil satışı salonlarına polis basqın edib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin iqtisadi cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə şöbəsinin əməkdaşları "Rosqvardiya”nın əməkdaşlarının dəstəyi ilə paytaxtda yerləşən üç avtosalonda əməliyyat keçiriblər.
Polis tərəfindən saxlanılan avtosalon əməkdaşları dələduzluqda və insanlara 50 milyon rubldan (1,5 milyon manat) çox ziyan vurmaqda şübhəli bilinirlər.
Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk avtosalon əməkdaşlarının avtomobil satışı zamanı dələduzluğa yol verdiklərini, internetdə yeni avtomobillərin ucuz qiymətə satışı ilə bağlı elan yerləşdirdiklərini bildirib: "Onlar müştəri ilə alqı-satqı müqaviləsini bağladıqdan sonra sənədləri saxtalaşdıraraq əvvəlcədən qeyd olunan qiyməti daha yüksək göstəriblər. Sonra isə müştərilərə saxtalaşdırılan sənəddə qeyd olunan qiyməti ödəməyi, ya da işlənmiş avtomobil götürməyi təklif ediblər. Belə olan halda müştərilər nəqliyyat vasitəsini əlverişsiz şərtlərlə əlavə 250 min rubl ödəməklə, baha qiymətə almağa məcbur olublar. Vətəndaşlara dəyən zərərin ümumi məbləği 50 milyon rubldan çoxdur".
Rusiya DİN nümayəndəsi avtosalonlarda keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin sayını açıqlamayıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Saxlanılanlar barəsində məhkəmə artıq həbs-qətimkan tədbiri seçib.
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, Rusiya DİN-in əməliyyat keçirdiyi avtosalonların üçü də azərbaycanlılara məxsusdur. Saxlanılanlar arasında azərbaycanlılar da var. Məlumata görə, saxlanılanların əksəriyyəti avtosalon əməkdaşlarıdır. Avtosalonun sahibləri isə qaçaraq gizləniblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət