"Amerika, Avropada, Rusiyada və digər ölkələrdə də Bakı-Tbilisi-Qars (BTQ) kimi iri əhəmiyyətli layihə həyata keçirilsəydi, ciddi mətbuat ona yüklənərdi"
MŞ sədri narazıdır :"Xəbər portalları BTQ-ni yox, Fədayə Laçını qabartdı"
14:10 03.11.2017
Arxiv
1067
Əflatun Amaşov: "Bu,Azərbaycan mətbuatında müəyyən problemlərin olması ilə bağlıdır. Ciddi media ilə “bulvar mətbuatı” arasındakı sərhəd xətti kifayət qədər dərin deyil”
"Amerika, Avropada, Rusiyada və digər ölkələrdə də Bakı-Tbilisi-Qars (BTQ) kimi iri əhəmiyyətli layihə həyata keçirilsəydi, ciddi mətbuat ona yüklənərdi"
"Amerika, Avropada, Rusiyada və digər ölkələrdə də Bakı-Tbilisi-Qars (BTQ) kimi iri əhəmiyyətli layihə həyata keçirilsəydi, ciddi mətbuat ona yüklənərdi"
"Dünyanın hər yerində "sarı mətbuat” müəyyən kriminal hadisələrə qaçır”.
Bu barədə "Sherg.az”a "Media Fədayəni deyil, "Bakı-Tbilisi-Qars" layihəsinin açılışını gündəmə çevirməli idi" iddiasını dəyərləndirərkən Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov deyib.
O bildirib ki, peşəkar jurnalistika ilə məşğul olmayan media orqanları belə xəbərləri yaymaqla öz gündəmini formalaşdırır:
"Lakin dünyanın hər yerində ciddi mətbuat belə hadisələri fərqli işıqlandırır. Burada sadəcə məhbusların həbsxanadan qaçması, vəzifəli şəxslərin buna görə cəzalandırılması və məhbusların ələ keçirilməsi yazılır. Ciddi mətbuat ciddi hadisələri işıqlandırmalıdır. Amerika, Avropada, Rusiyada və digər ölkələrdə də Bakı-Tbilisi-Qars (BTQ) kimi iri əhəmiyyətli layihə həyata keçirilsəydi, ciddi mətbuat ona yüklənərdi. BTQ Bakı-Tbilisi-Supsa və digər layihələr qədər əhəmiyyətlidir. Sovet dövründə həyata keçirilən layihələrdə əsas stereotip o idi ki, Avropa və Asiyanın arasında əlaqələndirici Rusiya olmalıdır. Lakin ulu öndər Heydər Əliyev keçmiş İpək Yolunun əhəmiyyətini önə çəkdi. Bununla da Rusiyadan kənarda Bakı-Tbilisi-Ceyhan kəməri işə düşdü. Bakı-Tbilisi-Qars dəmir yolu isə artıq bu işin nəqliyyatda özünü göstərməsinin nəticəsi oldu.
Bütün bunları nəzərə aldıqda, BTQ-nin nə qədər əhəmiyyətli layihə olduğunu görərik. Bu, yalnız Azərbaycan üçün deyil, Qafqaz və Orta Asiya üçün də önəmli layihədir. Bunu ciddi media həmişə dəyərləndirməli və layiqli işıqlandırmalıdır. Təəssüf ki, Azərbaycanda bəzi mətbuat vasitələri, əsasən də xəbər portalları bu layihəni deyil, məhbusların qaçmasını və o müğənnini daha da qabartdı. Bu, yəqin ki, Azərbaycan mətbuatında müəyyən problemlərin olması ilə bağlıdır. Azərbaycanda ciddi media ilə "bulvar mətbuatı” arasındakı sərhəd xətti kifayət qədər dərin deyil”.
Qeyd edək ki, son günlər müğənni Fədayə Laçının "oğru aləmi"ndə "Qoca"ləqəbi ilə tanınan məhbus Etibar Məmmədovun xüsusi təyinatlı vaqondan qaçmasına kömək göstərməsi və onunla birlikdə keçirdiyi günlərlə bağlı yayılan videolar medianın gündəmindən düşmür. Bu hal isə bəzi millət vəkilləri və ictimaiyyət nümayəndələrinin etirazına səbəb olub və məhz ona görə də medianın özü tənqid hədəfinə tuş gəlib.
Ayyət ƏHMƏD
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət