“Bu münaqişə artıq elə bir həddə çatıb ki, istənilən gün hərbi əməliyyatların aktiv fazaya keçməsi mümkündür”
Müharibə başlasa, bu dəfə fəsadları ağır olacaq
20:18 07.11.2017
Arxiv
834
İngilis ekspertin açıqlamalarından nəticə çıxarmaq lazımdır
“Bu münaqişə artıq elə bir həddə çatıb ki, istənilən gün hərbi əməliyyatların aktiv fazaya keçməsi mümkündür”
“Bu münaqişə artıq elə bir həddə çatıb ki, istənilən gün hərbi əməliyyatların aktiv fazaya keçməsi mümkündür”
Londondakı "LİNKS” Araşdırmalar Mərkəzinin icraçı direktoru Denis Sammut deyib ki, Dağlıq Qarabağda 2017-ci ildə baş verə biləcək müharibə 1989-cu ildəki kimi olmayacaq. Ekspertə görə, hər iki tərəfdə olan silahlar böyük dağıdıcı gücə malikdir. Ona görə də münaqişə ancaq sülh yolla həll olunmalıdır:
"2016-cı ilin aprelində gördük ki, münaqişələrin çox ağır nəticələri olur. Sülh yolu ilə həll ilk növbədə münaqişədən birbaşa əziyyət çəkmiş insanların ehtiyaclarına uyğundur. Münaqişənin necə həll oluna biləcəyi ilə bağlı bir sıra təkliflər, ideyalar var. Vətəndaş cəmiyyəti kimi bizim rolumuz bu müzakirələrin uğurlu aparılması üçün düzgün şəraitin yaradılmasına töhfə verməkdir”. Sammutun fikrincə, etimad tədbirləri Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyin tərkib hissələrindən biridir: "Biz Dağlıq Qarabağ bölgəsində gedən müharibədən və təmas xəttində hər gün insanların ölməsindən xəbərdarıq. Məhz buna görə, etimad tədbirləri barədə danışırıq”. Görünən odur ki, Qərbi təmsil edən əksər siyasilər, ekspertlər Qarabağda geniş vüsət alacaq müharibənin regionu fəlakətə düçar edəcəyinin fərqindədirlər. Onların fikrincə, tərəflər arasında müharibə başlayarsa, bu, sadəcə Azərbaycan-Ermənistan savaşı olmayacaq. Digər güclü oyunçular da bu və ya digər şəkildə müharibədə yer alacaqlar. Ona görə də tərəfləri, xüsusən, torpaqlarını hərb yolu ilə almağa hazır olduğunu bəyan edən Azərbaycan tərəfini bu fikirdən çəkinməyə çağırırlar. Hətta Azərbaycanla yanaşı, işğalçı Ermənistanın da ağır silahlara sahib olduğunu iddia edirlər.
İngilis ekspertin iddiasını "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev deyib ki, Denis Sammutun fikirlərinə diqqətlə yanaşmaq lazımdır. Analitik bildirib ki, Sammut problemlə bağlı düşüncələrini bölüşərkən daha çox nəticəni və baş verə biləcək fəsadları açıqlayıb:
"Səbəb və bu səbəbi doğuracaq elementlər ekspertin fikirlərində yer almayıb. Adətən, münaqişə tərəfi olmayan ölkələrin ekspertləri bu sayaq münasibət bildirirlər. Bizə isə onların dediklərindən nəticə çıxarmaq düşür. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək istəyinin güclü olması danılmaz faktdır. Həm də bu münaqişə artıq elə bir həddə çatıb ki, istənilən gün hərbi əməliyyatların aktiv fazaya keçməsi mümkündür. Bu gün ordumuz bütün parametrləri ilə Ermənistanın hərbi qüvvələrindən üstündür. Məhz ona görə də "Aprel döyüşləri”ndən sonra düşmənin aciz duruma düşdüyünü görən tərəfkeş qüvvələr ilk növbədə müharibənin böyüməsinin qarşısını almaq istiqamətində çalışdılar. Rusiyanın kəskin müdaxiləsindən sonra hərbi əməliyyatları müvəqqəti durdurmaq qərarına gəlsək də, bu fasilə danışıqların müsbət istiqamətdə getməsini təmin etmədi”.
V.Əfəndiyev düşünür ki, aktiv hərbi münaqişəni dayandırdıqdan sonra əslində tərəflərin yenidən silahlanmasının qarşısı alınmalı idi:
"Lakin Rusiya bu fürsətdən yararlanıb Ermənistanı ağır silahlarla silahlandırmağa başladı. Rusiyanın son iki ildə münaqişənin həllinə kömək etmək niyyətinin arxasında zəif duruma düşmüş Ermənistanı yenidən gücləndirmək durub. Müharibə başlayarsa, digər oyunçuların da savaşa girmə ehtimalı yeni məsələ deyil. Onsuz da bu münaqişədə Azərbaycan tərəfi tək Ermənistanla müharibə aparmayıb. Münaqişənin ilk günündən bu zamana kimi Rusiya bütün imkanları ilə Ermənistanın arxasında olub. Lakin bu dəfə Azərbaycan bəzilərinin zənn etdiyi kimi tək qalmayacaq. Türkiyə ilə yanaşı, Pakistan, İsrail və hətta bir çox Avropa ölkələrindən hərbi siyasi dəstək ala bilərik. Lakin bütün bunlar ehtimal olunan variantlardır. Hesab edirəm ki, hər iki tərəf üçün ən real həll yolu sülhdür. Bundan ötrü münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun formatı və tərkibi dəyişdirilməli, həmsədr ölkələrin sayı Almaniya, Türkiyə və Pakistanın hesabına genişləndirilməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat