“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
09:19 23.02.2020
Arxiv
357
İnformasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişməsinə xüsusi önəm verən “Nar”, bu sahədə təhsil alan gəncləri dəstəkləməyə davam edir. ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində mobil operator İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsi tələbələrinin təhsilini dəstəkləmək üçün ADA Universitetinin Təqaüd Fonduna öz töhfəsini verib.
Fevralın 21-də baş tutan növbəti “Akademik Mükəmməllik Günü”ndə Lütfi Zadə adına təqaüd sahiblərinin adı açıqlanıb. Qeyd edək ki, bu təqaüdə layiq görülən tələbələr bir semestrin təhsil haqqından tamamilə azad olunurlar.
Bundan başqa, “Nar” və ADA Universiteti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş istiqamətlər sırasında startap layihələrini dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər də mövcuddur. “Nar”-ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm