"Belə ki, jurnalistin maddi ehtiyacı onun peşə fəaliyyətini yerinə yetirməsinə görə aldığı xəsarət, təqib və ya işsiz qalmasına görə, yaranmalıdır. İndiki halda Nardar Bayramlının üzləşdiyi problem onun peşə fəaliyyəti ilə bağlı deyil. Bu baxımdan biz fondlara onun üçün yardım almaq məqsədilə müraciət edə bilmirik. Amma bu cür məsələlər təkcə beynəlxalq praktika ilə tənzimlənmir, bizim öz dəyərlərimiz var. Jurnalist övladı, yaxud başqa bir sahədə çalışan şəxsin övladı olmasına baxmadan, insanlara ehtiyac anında yardım göstərmək bir mənəvi borcdur. Hələ ki, bu ehtiyac bir uşaq, gələcəyi olan bir şəxs üçündürsə, bu məsələdə hər kəs əlindən gələni etməlidir. Bu, bir humanist aksiyadır və məcburiyyət olmadan, hər kəs bacardığı yardımı göstərməlidir".
"Nardar Bayramlının övladına hər kəs yardım etməlidir" - Mətbuat Şurası
14:50 31.10.2017
Arxiv
822
"Beynəlxalq təcrübəyə görə, jurnalist ittifaqlarının nəzdində təhlükəsizlik fondları mövcud olur. Həmin fond da jurnalistlərə ekstremal durumlarda maddi yardım göstərir”.
Bunu "Sherg.az”a "Yeni Azərbaycan” qəzetinin parlament müxbiri Nardar Bayramlının autizm xəstəliyindən əziyyət çəkən 5 yaşlı oğlu Tunar üçün kömək istəməsindən danışarkən Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, maddi yardım olunmasında şərt qoyulur:
"Belə ki, jurnalistin maddi ehtiyacı onun peşə fəaliyyətini yerinə yetirməsinə görə aldığı xəsarət, təqib və ya işsiz qalmasına görə, yaranmalıdır. İndiki halda Nardar Bayramlının üzləşdiyi problem onun peşə fəaliyyəti ilə bağlı deyil. Bu baxımdan biz fondlara onun üçün yardım almaq məqsədilə müraciət edə bilmirik. Amma bu cür məsələlər təkcə beynəlxalq praktika ilə tənzimlənmir, bizim öz dəyərlərimiz var. Jurnalist övladı, yaxud başqa bir sahədə çalışan şəxsin övladı olmasına baxmadan, insanlara ehtiyac anında yardım göstərmək bir mənəvi borcdur. Hələ ki, bu ehtiyac bir uşaq, gələcəyi olan bir şəxs üçündürsə, bu məsələdə hər kəs əlindən gələni etməlidir. Bu, bir humanist aksiyadır və məcburiyyət olmadan, hər kəs bacardığı yardımı göstərməlidir".Qeyd edək ki, övladının 2 ildir bu xəstəlikdən əziyyət çəkdiyini bildirən jurnalist onun müalicəsinə kömək edilməsi üçün bank hesabı açıldığını bildirib. Nardar Bayramlı övladını müalicə etmək üçün imkanı olmadığını, onun üçün ayda yalnız 300-400 manat xərcləyə bildiyini vurğulayıb və kömək istəyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi