Nazir: İran Azərbaycana 600 meqavat gücündə elektrik enerjisi ixrac edəcək
16:13 24.10.2018
Arxiv
515
Qonşu ölkələrlə həyata keçirilən razılaşmalara əsasən İranın elektrik ixracında heç bir dəyişiklik olmayacaq və bunun sanksiyalarla əlaqəsi yoxdur.
Trend-in məlumatına görə, bunu İranın energetika naziri Rza Ərdəkanian ABŞ-ın 4 noyabrda tətbiq edəcəyi sanksiyaların İranın elektrik ixracına təsiri ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, İran elektrik enerjisi mübadiləsini inkişaf etdirmək istəyir: "Bu istiqamətdə təxminən on gün öncə Rusiya və Azərbaycanın elektrik və enerji nazirlərinin müavinləri səviyyəsində Moskvada iclas keçirildi və yaxşı nəticələr əldə olundu. Dekabr ayında da Tehranda iclas keçiriləcək".
Ərdəkanian əlavə edib: "İlk növbədə Azərbaycanla elektrik enerjisinin mübadiləsini artırmaq istəyirik. Lazımi texniki şərait yaranarsa, təxminən 600 meqavat elektrik enerjisi ixrac edəcəyik. Rusiya və Avropanın elektrik şəbəkəsinə qoşulmaq üçün hər hansı texniki problem baş verərsə, alternativ yollarımız vardır”.
İranlı nazir qeyd edib ki, qonşu ölkələrə 2 min meqavata yaxın elektrik enerjisi ixrac olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə