"Neftin bahalaşması buruqların sayını artırıb" - Qiymət ucuzlaşmalıdır



"Neftin bahalaşması buruqların sayının artmasına müsbət təsir edib".Bu barədə "Sherg.az"a iqtisadçı-ekspert Samir Əliyev bildirirb. Onun sözlərinə görə, Baker Huges deyir ki, ABŞ-da neftin qiymətlərinin belini qıran buruqların sayı keçən həftə birdən-birə 15 ədəd (2%) artaraq 939-a çatıb: 

"Halbuki əvvəlki 2 həftə azala-azala (6 ədəd) gedirdi. Beləliklə son bir ildə belə buruqların sayı 280 ədəd artıb.

Kanadada isə əksinə 39 ədəd (12%) azalaraq 276-a düşüb. Buna rəğmən son bir ildə artım 102 ədəd olub.
Dünyanın digər ölkələrində olan analoji buruqların sayı 12 ədəd (1%) artaraq 954-ə çatıb. İllik artım 25 ədəd (3%) olub. Hazırda dünya üzrə slans nefti çıxaran buruqların sayı 2169-a çatıb.
Neftin qiyməti bu həftə nisbətən ucuzlaşmalıdır". 

Qeyd edək ki, ötən həftədən etibarən neftin qiymətində bahalaşma müşahidə olunur.

Ayyət Əhməd