"Neftin ucuzlaşması ehtimalı daha çoxdur” - BAHALAŞMAYCAQ
12:29 08.11.2017
Arxiv
473
"Neftin qiymətinin bir neçə gün enməsi, yaxud yüksəlməsi tendensiya yaratmır”.
Bunu "Sherg.az”a neftin qiymətinin son bir neçə gündə davamlı artıb-azalmasının səbəblərini izah edərkən iqtisadçı-ekspert Fuad İbrahimov söyləyib.
O bildirib ki, neftin qiyməti ilə bağlı məsələlərin arxasında müxtəlif motivlər dayana bilər:
"Ola bilər ki, proses hansısa siyasi motivə görə baş versin. Məsələn, Rusiya və Amerika arasında münasibətlər pozulur. Rusiyanın neft amilindən asılılığı var, ABŞ-ın təzyiqi nəticəsində neftin qiyməti aşağı düşür. Yaxud digər səbəblər də ola bilər.
Dünya iqtisadçıları açıq- aydın bəyan edirlər ki, hazırda hansısa məhsulun qiymət əmələ gəlmə prosesi birmənalı elektron ticarət platformalarının həcm indikatorlarından asılıdır. Yəni tam əminliklə neftin qiymətinin artıb, azalacağını proqnozlaşdırmaq olmur. Ancaq həcm indikatorlarının məlumat bazasını əldə edən iri şirkətlər proqnoz verə bilərlər.
Tam əminliklə olmasa belə, təxmini məlumat vermək olar ki, neftin qiyməti yüksəlməyəcək. İndiki göstəricilərə uyğun, bir müddət aşağı düşdükdə üfüqi dalğalanacaq. Bu gün neftin qiymətinin artması indiki həcm indikatorlarına uyğun artmayacaq. Amma qiymətin aşağı düşmə ehtimalı daha çoxdur”.
Qeyd edək ki, neftin qiyməti 2015-ci ildən etibarən ən yüksək həddə çatdıqdan sonra cüzi neqativ dinamika nümayiş etdirir. Ötən gün Brent markalı neftin qiyməti 2015-ci ilin yayından etibarən ilk dəfə 64 dollar, WTI markalı neft isə 57 dollar həddini aşıb. Lakin bu gün Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 57,34 dollar təşkil edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət