-Səhiyyəmiz Türkiyə səhiyyəsinə adaptasiya olunsa daha yaxşı olar, bu həmçinin qarşılıqlı əlaqələr və perspektiv baxımından yaxşıdır...
O qədər suallar var ki...
08:22 07.11.2017
Arxiv
453
Bahalı əməliyyatların tibbi sığorta ilə ödənməsi hələlik mümkün deyil
-Səhiyyəmiz Türkiyə səhiyyəsinə adaptasiya olunsa daha yaxşı olar, bu həmçinin qarşılıqlı əlaqələr və perspektiv baxımından yaxşıdır...
-Səhiyyəmiz Türkiyə səhiyyəsinə adaptasiya olunsa daha yaxşı olar, bu həmçinin qarşılıqlı əlaqələr və perspektiv baxımından yaxşıdır...
Parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Azərbaycanda icbari tibbi sığortanın tam tətbiq edildikdən sonra pasiyentlərə yeni hüquqların verilə biləcəyini deyib. Onun sözlərinə görə, yeni qanun layihəsinin işə düşməsi icbari tibbi sığortaya bağlıdır:
"İcbari tibbi sığorta ölkə ərazisində tam fəaliyyət göstərdikdən sonra bu qanun işləyə bilər. Hazırda Azərbaycanda pasiyentlərin sağlamlığı qanunla qorunur. "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda pasiyentin hüquqları öz əksini tapıb. Məsələn, xəstəxananı, həkimi seçmək, müalicə proqramı ilə tanış olmaq, öz sağlamlıq vəziyyətinin açıqlanmamasını tələb etmək və s. hüquqlar qanunda əksini tapıb. Amma digər hüquqlar da var - bahalı əməliyyatlar etdirmək və yaxud xaricə müalicəyə getmək, orqan köçürmək maliyyəyə bağlı olan məsələlərdir. Bunlar icbari tibbi sığortaya bağlı olan məsələlərdir”.
Bəs həqiqətən də ölkəmizdə icbari tibbi sığortanın tam tətbiqindən sonra pasiyentlərə yeni hüquqların verilməsi real hadisə ola bilər? Mövzu ətrafında fikirlərini "Şərq”lə bölüşən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, icbari tibbi sığorta sosial müdafiənin və tibb xidmətinin mühüm bir hissəsidir. Lakin hazırkı şəraitdə bahalı əməliyyatlarla bağlı maliyyələşmənin aparılması mümkün deyil. Professor bildirib ki, tibbi personalı, yəni həkimlər icbari tibbi sığortadan lazımınca yararlana bilməsələr-onların sosial müdafiəsi təmin olunmasa, bu sığorta effektiv olmayacaq:
"İcbari tibbi sığorta paketinə daxil edilən vəsaitin sığortanın effektivliyinə mühüm əhəmiyyəti var. Bizim təxmini hesablamalarımıza görə, icbari sığortaya ildə 4 milyard manat vəsait lazımdır. Bu hesablamalar xəstələnmə sayı, icbari tibbi sığorta fondunun əməliyyatlara ayırdığı qiymətlər, aparılan əməliyyatların statistikası və s. əsasında aparılır. Bəs fondda bu vəsait varmı? Birinci bundan başlamaq lazımdır. Həmin bahalı, estetik əməliyyatlar hansı fonddan və necə maliyyələşəcək? Düşünürəm ki, biz Türkiyənin yolu ilə getməliyik. Səhiyyəmiz Türkiyə səhiyyəsinə adaptasiya olunsa daha yaxşı olar, bu həmçinin qarşılıqlı əlaqələr və perspektiv baxımından yaxşıdır. Türkiyədə hətta 2000-ci illərin başlanğıcına qədər ödəmələr hissəli idi, yəni bir hissəni dövlət ödəyirdi, bir hissə vətəndaşın üzərinə düşürdü”.
A.Qeybullanın sözlərinə görə, icbari tibbi sığorta paketinə müəyyən ayırmalar lazımdır. Bu gün isə əhalinin aldığı maaşlara nəzər yetirsək, bu ayırmaların mümkün olmadığını görərik:
"Əgər bir insan ayda 200 manat maaş alırsa, ordan sığorta fonduna hansı vəsait ayrılacaq? O qədər suallar var ki, hələlik biz abstrakt icbari tibbi sığortadan danışırıq, amma onu həm xəstənin, həm də həkimin xeyrinə reallaşdırmaq məsələsi var. Hansısa basqıyla, repressiv və administrativ yollarla məsələnin həlli mümkün deyil. Bu iş könüllülük prinsipinə əsasən yaradılmalıdır, icbari tibbi sığortada əsas məsələ sosial müdafiənin bütün elementlərinin-xəstə və tibb personalının yaxşılaşdırılmasıdır. Xəstələr ən azı müalicə xərclərinin bir hissəsindən azad olunmaq imkanı qazanmalıdır. Burada ilk növbədə doğuş və təxirəsalınmaz yardımdan söhbət gedə bilər.
İlkin olaraq bu məsələləri sığorta ödəyərsə, bu, xəstələrin xeyrinə ola bilər. Yoxsa estetik əməliyyatlar və digər prosedurların icbari sığorta ilə ödənməsi hələlik real görünmür. Hesab edirəm ki, bu məsələyə daha real yanaşmaq lazımdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual