Ölkəmizdə kibercinayətkarlığa qarşı mübarizə hansı səviyyədədir ?- İZAH
10:05 01.11.2017
Arxiv
825
Səbuhi Abbasov: "Son bir ildə qanuna dəyişikliklər edildi və kibercinayətkarlıqla mübarizə istiqamətində müddəalar əlavə olundu. Bu qanun tam işlək vəziyyətə gəldikdə problemlər ciddi şəkildə azalacaq"
"Kibercinayətkarlıqla mübarizə sahəsində hər ölkə özünəməxsus şəkildə fəaliyyət proqramı tərtib edib, fərdi mübarizə aparır”.
Bunu "Sherg.az”a Avropa İttifaqının (Aİ) Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) fəaliyyətə başlamasına münasibət bildirərkən internet-media üzrə ekspert Səbuhi Abbasov deyib.O xatırladıb ki, Aİ ilə yanaşı Yaponiyada da bu sahədə ilk addımlar atılıb:
"Bu ölkədə də sözügedən sahədə xüsusi mərkəz yaradılıb. Amma Avropa məkanında həmin problem daha geniş yayılıb. Çünki burada internetə qoyulan qadağalar insanın söz azadlığına qoyulan qadağa kimi qiymətləndirildiyindən bu sahədə mübarizə çətinləşmişdi. Ancaq son 5 ilin təcrübəsinə görə, təxminən 10 milyarda yaxın vəsait bu və ya digər formada mənimsənilib. Bu, çox ciddi rəqəmdir. Kibercinayətkarlıqla mübarizə mərkəzi Avropa tarixində ilkdir və ittifaq üzvlərinə şamil ediləcək. Çox güman ki, sonradan bunun coğrafiyası genişlənə bilər. Istənilən halda kibercinayətkarlıqla bağlı atılan hər addım təqdirəlayiq olmalıdır. Çünki dünya trendi dəyişir və bütün fəaliyyət istiqamətləri onlayn müstəviyə keçir. Ona görə, belə problemlərin olması normaldır. Ancaq qarşısı vaxtında alınmasa, gələcəkdə həm maddi, həm mənəvi itkilər olacaq.
Kibercinayətkarlığın müxtəlif məqsədləri olur. Böyük ziyanlar verəcək şəkildə də cinayətkarlıq törədilə bilər. Bu mənada belə mərkəzin yaradılması yaxşı addımdır və bu halda kibercinayətkarlıqla yüksək səviyyədə mübarizə aparıla bilər”.
Kibercinayətkarlıqla mübarizənin Azərbaycan üçün əhəmiyyətini də vurğulayan ekspert diqqətə çatdırıb ki, ölkəmiz dünya statistikasında internet azadlığına görə, ön sıralardadır:
"Ölkədə təxminən 80-85 faiz insan internet istifadəçisidir. İndiyə qədər demək olar ki, heç bir qadağa tətbiq edilməyib. Bununla yanaşı qeyd edim ki, son bir ildə dəyişikliklər edildi və kibercinayətkarlıqla mübarizə istiqamətində müddəalar əlavə olundu.
Burada bank hesablarına qarşı kibercinayətkarlıqdan tutmuş, uşaqların internet istifadəsində təhlükəsizlik məsələlərinə qədər müddəalar öz əksini tapıb. Hesab edirəm ki, bu qanun özü tam işlək vəziyyətə gəldikdə problemlər ciddi şəkildə azalacaq.
Amma Azərbaycan kibercinayətkarlıqla mübarizə məsələsində Aİ qarşısında götürdüyü bütün öhdəliklərə sadiqdir və bunu yerinə yetirir. Eyni zamanda Aİ tərkibində yaradılacaq bütün pozitiv proqramlara hər zaman qoşulur. Zənnimcə, bu istiqamətdə də addımlar atmaq mümkündür. Ölkənin kibercinayətkarlıqla mübarizəyə qoşulmaması üçün heç bir səbəb yoxdur. Bu, həm fikir mübadiləsinin aparılmasına, həm də kibercinayətkarlıqla mübarizə sahəsində ciddi irəliləyişə gətirib çıxarar”.
Qeyd edək ki, Niderlandın Haaqa şəhərində yaradılan mərkəzin əməkdaşları mütəşəkkil cinayətkar qrupların oğurlanmış kredit kartları və bank hesablarından istifadə edərək apardığı qeyri-qanuni onlayn fəaliyyətlə mübarizə aparacaqlar. Bundan başqa, EC3 Avropolun uşaq fahişəliyi, insan alveri, fərdi məlumatların oğurlanması ilə mübarizə işini asanlaşdırmalı, eləcə də Avropa İttifaqı ölkələrinin infrastrukturuna ziyan vuran kütləvi kiberhücumların qarşısında durmağa kömək etməlidir. Öz məqsədlərinə nail olmaq üçün yeni yaradılmış Mərkəz internetdə açıq mənbələrdən yararlanacaq, həmçinin Avropanın hüquq-mühafizə orqanlarını və fiziki şəxsləri əməkdaşlığa dəvət edəcək. Bundan əlavə, EC3 kibercinayətkarlıqla mübarizədə təlim bazası rolunda çıxış edəcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual