
Orta məktəblərdə Anatomiya fənni lazımınca keçirilmir” - QİÇS-ə aparan yol
14:48 28.03.2019
Arxiv
943
“ Anatomiya fənni üzrə bəzi mövzular tədris olunmur. Həmin mövzular şagirdlərə heç ev tapşırığı kimi də verilmir. Səthi olaraq “növbəti mövzunu özünüz evdə oxuya bilərsiniz” “məsləhət”I verilir”
Son günlər Azərbaycanda QİÇS-ə yoluxanlarla bağlı açıqlanan statistika hər bir vətəndaşı ciddi düşünməyə məcbur edir. Həmin xəstələrin arasında 17 yaşına qədər olan yeniyetmələrin olması da təəssüfdoğurucu haldır. Problemin kökü isə daha dərindir. Məktəblərdə Anatomiya fənni üzrə bəzi mövzular tədris olunmur. Həmin mövzular şagirdlərə heç ev tapşırığı kimi də verilmir. Səthi olaraq "növbəti mövzunu özünüz evdə oxuya bilərsiniz” "məsləhət”I verilir. Nəticədə, gələcəyin cəmiyyət qurucuları mövzudan xəbərsiz, həyatın fundamental biliklərindən məhrum olurlar, normal proseslərə savadsız tərzdə yanaşırlar. Sağlam həyat tərzinin təbliğ edilməsində hər kəs səfərbər olmağa çağırılır. Lakin ilkin və əsas maarifləndirmə ocaqları olan məktəblərdə müəllimlərin "utancaqlıq” hissi bu məsələlərdən daha əhəmiyyətlidir.

Məsələyə münasibət bildirən təhsil eksperti Nabatəli Qulamoğlu "Sherg.az”a açıqlamasında bildirib ki, dərsdə istənilən mövzu lazımı şəkildə tədris olunmalı və normal qəbul edilməlidir:
"Müəllim dərs prosesində şagirdlərin gülməsinə, lağa qoymasına şərait yaratmamalıdır. Burda təbii ki, heç bir qəbahət yoxdur. Hətta tədris prosesi zamanı elmi adlardan, elmi terminlərdən istifadə etmək lazımdır. Bundan başqa "Həyat bilgisi” dərsliyində də oxşar və yaxın mövzular var. Burada reproduktiv anlayışı var. Yəni insanın yenidən yaranması, necə yaranması və s. Mən bir müəllim kimi bunları tam açıqlığı ilə tədris və şərh etmişəm. Eyni zamanda məişətə aid digər məsələlərin hamısını açıq şəkildə izah etmişəm. Yaxşı, deyək ki, şagird mövzunu evdə oxudu. Bəs həmin dərsi soruşmaq lazım deyilmi ki, o bu dərsi bilir, ya bilmir? Özəl həyat həm şagirdə, həm müəllimə, həm kişiyə, həm də qadına məxsusdur”.
Ekspert bildirib ki, bu cür hallara yol verən müəllimlər qəti şəkkildə cəzalandırılmalıdır:
"Hesab edirəm ki, bu çox yanlış hərəkətdir. Buna yol verən müəllimi qəti şəkildə cəzalandırmaq lazımdır. Bu sahədə təcrübəsi olan biri kimi deyirəm, fənnə maraq az deyil. Yaxşı müəllimin dərsini, maraqlı və dolğun təqdimatını şagirdlər maraqla və diqqətlə dinləyir. Kim necə tədris edir bu haqda heç bir fikir bildirə bilmərəm, amma fənnə maraq azdır fikri ilə qətiyyən razı deyiləm”.
Sevda Ulutau
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm