Papa Francis: Dua edərkən bəzən yuxulayıram





Roma Papası Francis, canlı yayımda əcayib bir etiraf edib: "Dua edərkən bəzən  yuxulayıram. Rahibə Theres də   yuxulayırmış."

88 yaşlı Papa Francis televiziya proqramında maraqlı açıqlamalar verib. Bunlardan biri, xristianların dua edərkən atalarının qollarında uzanmış halda özlərini rahat hiss etməsi fikri olub. Papaya görə, dua etmək bir enerji məsələsidir və 'rahatlamaq', duaetmə müddətində əhəmiyyətli bir rol oynayır. Yəni eynilə 'meditasyon' kimi...

Papanın saat 9-da yatağa girib, saat 4-ə qədər dua etdiyi bilinir. Günorta yeməyindən sonra da uzun saatlar dua edərək yuxuya dalır.