Parasetamoldan ölüm halları mümkündür
09:05 29.11.2018
Arxiv
2535
Lakin Qərb təbabətində də soyuqdəymə xəstəliyində daha çox bu preparatdan istifadə olunur
Son günlər "whatsapp” vasitəsi ilə əhalinin ən çox istifadə etdiyi dərman preparatları sırasında Parasetamolla bağlı paylaşımlar da narahatlığa səbəb olub. Bununla bağlı Səhiyyə Nazirliyi rəsmi açıqlama verərək məsələyə aydınlıq gətirib.
Nazirlikdən verilən məlumata görə, sosial şəbəkə vasitəsi ilə yayılan şəkildə bu dərmanın insan orqanizmi üçün zərərli olduğu, hətta ölümə səbəb ola biləcəyi göstərilib:
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məsələyə aydınlıq gətirib. Belə ki, Azərbaycan Respublikasında İsrail istehsalı olan "Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan Paracetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma- "Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol – Tatximfarmpreparati ASC, Rusiya Federasiyası (tablet), Parasetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet).
Son günlərdə şəbəkə vasitəsilə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir. Bu səpkili məlumatlar bir neçə ildir ki, müxtəlif dövlətlərdə, o cümlədən, Rusiya, Qazaxıstan, Gürcüstan, Azərbaycanda və s. yayılır. Mütəmadi olaraq oxşar mətnli xəbərlərin yayılması (xüsusilə qış aylarında ) əhali arasında təşviş və gərginliyə səbəb olur. Qeyd etmək istərdik ki, Analitik Ekspertiza Mərkəzinə bu preparatla əlaqəli hər hansı bir şikayət daxil olmayıb".
Səhiyyə Nazirliyi rəsmi açıqlama versə də, ictimaiyyət arasında çaşqınlıq qalmaqdadır. Məsələ ilə bağlı tibb elmləri doktoru, həkim Adil Qeybulla "Şərq"ə danışdı: "İş burasındadır ki, Parasetamoldan ölüm halları mümkündür.
Amerikanın özündə son illər ən çox istifadə olunan dərman preparatlarından biri də Parasetamoldur. Bizdə antibiotiklərə, qeyri-steroid ağrıkəsicilərə meyl daha çoxdur. Amma xaricdə soyuqdəymə xəstəlikləri üçün daha çox istifadə olunan dərman preparatları içərisində Parasetamol üstünlük təşkil edir. Qriphot və bu qəbildən olan hərarətsalıcı dərmanların tərkibində Parasetamol var. Təəssüflər olsun ki, Parasetamoldan ölüm halları faktları danılmazdır.
Amma bütün bunlara baxmayaraq Parasetamol hələlik Qərb təbabətində soyuqdəymə xəstəliyində bir seçim preparatı olaraq qalır. O ki qaldı Azərbaycan daxilində bu dərmanlardan istifadə və onların keyfiyyətinə, təəssüflər olsun ki, ölkəyə idxal olunan dərman preparatlarının böyük əksəriyyətində bu kimi problemlərlə qarşılaşırıq.
Yəni ölkəyə idxal olunan dərman preparatlarının keyfiyyət parametri aşağıdır. Ümumiyyətlə, Azərbaycanda dərman bazarına nəzarət dövlət səviyyəsində gücləndirilməli və bu, tamamilə qanuni şəkildə tənzimlənməlidir".
İlahə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya