Parlamentin iclası başladı – Toplantıya Ziyafət Əsgərov sədrlik edir
08:34 31.10.2017
Arxiv
601
Milli Məclisin plenar iclası başlayıb. Sherg.Az bildirir ki, iclas parlament sədrinin birinci müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilir. Toplantının gündəliyinə 38 məsələ daxildir. Bunlar "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi və Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sənədlərin ratifikasiyası müzakirəyə çıxarılacaq.
Bundan başqa, Əmək, Mülki, İnzibati Xətalar, Mülki Prosessual, İnzibati Prosessual, Miqrasiya məcəllələrinə, eləcə də "Diplomatik xidmət haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Geodeziya və kartoqrafiya haqqında", "Heyvanlar aləmi haqqında", "Müdafiə haqqında", "Muzeylər haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Rəsmi statistika haqqında" "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Sərhəd qoşunları haqqında", "Təhsil haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Yaşayış minimumu haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə", "Yaşıllıqların mühafizəsi haqqında", "Çayçılıq haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Nəqliyyat haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında", "Hesablama Palatası haqqında", "Yol hərəkəti haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında", "Dövlət qulluğu haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və.s qanunlarına əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya