"Pedaqoji təhsili olmayanların dərs deməsi, təhsilin səviyyəsini aşağı salacaq" - EKSPERT
09:11 09.07.2018
Arxiv
1208
"Pedaqoji təhsili olmayan şəxslər dərs deyərsə, orta məktəblərdə təhsilin səviyyəsi aşağı enəcək”
Bu barədə "Sherg.az”a "Təhsil haqqında” qanuna əlavə edilən yeni maddə barəsində hanışarkən təhsil eksperti Nabatəli Qulamoğlu bildirib.
Onun sözlərinə görə, bu məlumatda hər hansısa bir yanlışlıq var:
"Çünki pedaqoji təhsili olmayan şəxslərin məktəblərdə dərs deməsi qadağandır. Məktəbli qanunu buna icazə vermir. Əgər həmin qərar məktəbin menecer işlərini həyata keçirən insanlar üçün nəzərdə tutulubsa, bu, ola bilər. Bəzi insanların pedoqoji təhsili, təcrübələri olmasa da, idarəetmə sahəsində müəyyən bacarıqları olur.
Bu zaman həmin şxəslərin məktəblərdə işləməsi normal hal sayıla bilər. Lakin pedaqoji ixtisası olmayan şəxslərin məktəblərdə dərs deməsi düzgün deyil. Belə bir sistem ola bilməz. Belə bir qanun qəbul olunarsa, məktəblərdə təhsilin səviyyəsi çox aşağı olacaq. Təhsil sistemində müəyyən problemlər yaradacaq. Pedaqoji ixtisası olmayan şəxsin məktəblərdə dərs deməsi, sadə bir insanın həkim vəzifəsini icra etməsi deməkdir. Bu, düzgün deyil. Burada insan həyatından söhbət gedir”.
Qeyd edək ki, "Təhsil haqqında" qanuna əlavə edilən maddəyə əsasən, müəyyən şəxslərin pedaqoji təhsili olmasa da, məktəblərdə dərs deyə biləcəklər". Bu barədə Təhsil Nazirliyində keçirilən tədbirdə nazirliyin aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib. Onun sözlərinə görə, İKT sahəsində ali təhsilli mütəxəssislər var, amma pedaqoji təhsilləri yoxdur: "Bunların məktəblərdə işləməsi yaxşı olardı. Həmçinin məktəblərdə təmayülləşmə var və belə müəllimlərin məktəblərdə müəyyən qaydalar çərçivəsində dərs deməsi yaxşı olar".
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual