PJB dünya jurnalistlərinə MÜRACİƏT etdi
10:02 04.06.2021
Arxiv
627
Azərbaycanda işğaldan olunmuş ərazilərə çəkiliş aparmağa gedən jurnalistlər qrupu minaya düşüb. Hadisə iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindən keçən yolda baş verib. Çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində Azərbaycan Televiziyasının (AzTV) operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) həlak olublar. Eyni zamanda çəkiliş qrupunu müşayiət edən RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev də dünyasını dəyişib.
Çəkiliş qrupuna daxil olan digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Parlament Jurnalistləri Birliyi (PJB) baş vermiş hadisə ilə bağlı beynəlxalq media təşkilatlarına müraciət edib.
PJB-nin müraciətində hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsi kimi qeydc edilib.
Bildirilib ki, Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlara son qoymuş 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanat imzalanandan sonra Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə beynəlxalq hüquq prinsiplərini pozmaqda davam edir.
PJB xatırladıb ki, Azərbaycan Respublikası problemlə əlaqədar dəfələrlə beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatına müraciət etsə də, məsələ həllini tapmayıb.
Bəyanatda qeyd edilib ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməkdə məqsədi Azərbaycan əhalisinin həyatına qəsd etmək, daha çox mülki şəxsin və hərbçinin həlak olmasına şərait yaaratmaqdır.
"Təəssüflə qeyd edirik ki, həlak olan jurnalistlərdən biri Məhərrəm İbrahimov (Əlioğlu) Parlament Jurnalistləri Birliyinin üzvü idi. Baş vermiş hadisə artıq sıravi vətəndaşlarla yanaşı, jurnalistlərin də həyatına ciddi təhlükənin olduğundan xəbər verir.
Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini gizlətməklə işğaldan azad edilmiş ərazilərin sakinlərinin 30 ildən sonra öz evlərinə qaytarılması səylərinə də mane olur".
PJB beynəlxalq təşkilatların diqqətinə çatdırıb ki, Ermənistanın bölgədən reportaj hazırlayan jurnalistlərin həyatını təhlükəyə məruz qoyması həm də mətbuat azadlığına olan basqıdır.
Qurum dünyanın jurnalist təşkilatlarını Ermənistana əməllərinə qiymət verməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat