"Polisi qətlə yetirmək dövlətçiliyə vurulmuş zərbədir" - Vüqar Rəhimzadə
11:47 11.07.2018
Arxiv
480
"Bir qrup dini radikalizmə meylli olan şəxslərin qanunsuz hərəkətləri dövlətçiliyə təhdiddir, ölkədə qeyri-sabitliyin yaradılmasına xidmət edir”.
Bu barədə "Sherg.az”a "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
O xüsusilə qeyd edib ki, polisə əl qaldırmaq, qətlə yetirmək dövlətçiliyə vurulmuş zərbədir:
"Öz vəzifə borcunu yerinə yetirən polisləri öldürənlər böyük cinayətkarlardır. Polis əməkdaşları dünənki hadisələr zamanı iğtişaşları yatırıb, sabitliyi təmin edə biliblər. Radikal, dağıdıcı, cinayətkar ünsürlərin ötən gün yol verdiyi qanunsuz hərəkətlər aidiyyəti dövlət qurumlarının ciddi nəzarətində olmalıdır. Bu hadisələrdə əli olan hər kəs, kimliyindən asılı olmayaraq, hüquqi müstəvidə cəzasını almalıdır.
Xalq bilməlidir ki, həmin cinayətkar qrupların yeganə məqsədi ölkədə sabitliyi pozmağa cəhddir. Azərbaycanı istəməyən qüvvələrin ermənipərəst qüvvələrin "dirijorluğu” əsasında hərəkət edən qüvvələr yaramaz, cinayətkar əməllərlə məşğuldurlar.
Lakin Azərbaycanda millətini sevən, xalqını yüksəkdə görmək istəyən hər kəs ölkə başçısının ətrafında sıx birləşib. Cinayətkar, radikal ünsürlərin əməlləri isə əvvəl də bəlli olub, bu gün də bəllidir. Onlar ən yüksək cəzaya layiq olan şəxslərdir və hüquqi çərçivədə cəzalarını alacaqlar”.
Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Bu qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilir ki, baş vermiş cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət