"Prezidentin bu çıxışı Paşinyan hakimiyyətinə və erməni xalqına mesajdır" - Deputat
08:55 10.07.2018
Arxiv
541
"2018-ci ilin birinci yarısının yekunlarına dair keçirilən iclasda Prezident İlham Əliyevin Ermənistanla bağlı səsləndirdiyi fikirlər bu günün məhsulu deyil. Ölkə başçısı hakimiyyətdə olduğu illər ərzində düşmənlə bağlı daim qətiyyətli mövqeyini bildirib”.
Bu sözləri "Sherg.az”a Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi və separatçı ölkənin işğalçı siyasətinə dair fikirlərinə münasibət bildirərkən millət vəkili Fəzail İbrahimli söyləyib.
O diqqətə çatdırıb ki, cənab Prezident dəfələrlə həm Ermənistan rəhbərliyinə, həm də bu məsələdə düşmənin arxasında duran qüvvələrə Azərbaycanın heç bir ərazisini güzəştə getməyəcəyini qəti ifadə edib:
"Bugünkü düşüncədə, səsləndirilən fikirlərdə isə Ermənistandakı cinayətkar hakimiyyətin dəyişməsi, xalq və hakimiyyət arasında yaranmış uçurum, xaos, iqtisadi gerilik kimi məsələlər vurğulanır. Bu hadisələr artıq yeni mahiyyət kəsb edir.
Uzun illər ərzində işğal edilmiş torpaqların təbliğatı üzərində hakimiyyətdə qalan Ermənistan dövlətini uçuruma, erməni xalqını iflasda aparan, səfilliyə məcbur edən, ölkəni təcrid olunmuş, qonşu dövlətlərlə düşmən vəziyyətində saxlayan hakimiyyətin ömrü bitib. Prezident İlham Əliyevin düşmənlə bağlı səsləndirdiyi fikirlər isə Ermənistanda yeni gələn hakimiyyətə, erməni xalqına mesajdır. Hazırkı erməni hakimiyyətinə ünvanlanır: özündən əvvəlkilərdən ibrət götür, "gözü çıxmış qardaş”dan öyrən, Dağlıq Qarabağ münaqişəsi üzərində hakimiyyətini möhkəmləndirmək istəyən hər bir başçının aqibəti faciəli olacaq”.
F. İbrahimli xüsusilə vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının vaxtı yetişib:
"Azərbaycan torpaqları işğaldan azad edilməlidir. Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməsinin vaxtıdır. Xalqı yalan vədlərlə aldatmaqla idarə etmək olmaz. Nikol Paşinyan rejimi dünyada gedən proseslərə, Azərbaycanın inkişafına ayıq gözlə baxmalıdır. Ancaq doğru qərar verməklə, Azərbaycan torpaqlarını işğaldan azad etməklə erməni xalqını saldıqları bəladan qurtara bilərlər.
Prezident İlham Əliyev bu fikirləri ilə Azərbaycan tərəfinin öz mövqeyində qətiyyətlə durduğunu, Qarabağ məsələsində heç vaxt fikrindən dönməyəcəyini bir daha sübut edir”.
Qeyd edək ki, iclasda çıxış edən ölkə başçısı Ermənistanda kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyətin tam iflasa uğradığını vurğulayıb. Prezident bildirib ki, Sarkisyan rejiminin biabırcasına hakimiyyətdən qovulması Ermənistanın dövlətçiliyinin iflasıdır:
"Ermənistan iflasa uğramış uğursuz dövlətdir. Azərbaycanın apardığı təcrid siyasəti Ermənistan iqtisadiyyatının və bu ölkədəki kriminal rejimin çökməsində mühüm rol oynadı. Amma nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi davam etdirəcəyik”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat