Psixoloq: "Uşaqları dini mərasimlərə aparmaq düzgün deyil" - Psixoloji təsir...






"20-25 il əvvəl bizi də Aşura mərasimlərinə aparırdılar”.

Bunu "Sherg.az”a psixoloq Aytən Ələkbərova deyib. 

Psixoloqun sözlərinə görə, uşaqlıqda həmin mərasimlərə qatılması onun üçün də psixoloji təsir yaradıb:

"İnsanların zəncirlə özlərinə xəsarət yetirməsi, sinə vurub, qan çıxarması və s. hallar uşaqlar üçün münasib görüntü deyil.

Hazırda Aşura günündə müxtəlif qanvermə aksiyaları keçirilir. Bu aksiyalara da uşaqların qatılmamalıdır. Tibbi və psixoloji baxımdan qanvermə uşaqlara aid edilməməlidir. Uşaqlar böyüklərindən onsuzda bu tip addımları görür, böyüdükcə görüb-götürərək, xeyirxah əməllər yaxşılıqlar etməyə çalışır. 

Bunun fonunda körpələri məcburi sürətdə dini mərasimlərə aparmaq, xoşagəlməz görüntülərə baxmağa məcbur etmək lazım deyil. Övladlarımız böyüdükcə nəyin yaxşı, nəyin pis olduğunu, dinimizin buyurduğu müsbət qayda-qanunları anlayıb, qəbul edəcəklər. Valideynlərin tələskənlik edərək övladlarını uşaq yaşlarında dini mərasimlərə cəlb etməsi isə müsbət nəticələr verməyəcək”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü ilə bağlı keçirilən maarifləndirmə tədbirlərində valideynlərə çağırış ediblər. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Aşura günü uşaqların məscidlərə gəlməsinin məqsədəuyğun olmadığını söyləyib.

Aysel Aslan