Putin qadınlara meydan verməz
09:48 03.11.2017
Arxiv
656
Qordon və Sobçakın arxasında nə sosial baza, nə də cəmiyyətin böyük hissəsinin simpatiyası var
Rusiyada daha bir qadın gələn ilin martında keçiriləcək prezident seçkisində namizəd olacağını açıqlayıb. Məşhur jurnalist, insan haqları fəalı Yekaterina Qordon dövlət başçılığına namizədliyini irəli sürərək, Putinə "meydan” oxuyub:
"Mən Rusiya prezidentliyinə namizəd oldum. Yəqin ki, qərarları başqaları ilə məsləhətləşmədən verən ilk prezident mən olacağam”. Bundan əvvəl tanınmış teleaparıcı Kseniya Sobçak da prezidentliyə namizədliyini irəli sürüb. Sürpriz qərarını açıqlayan Sobçak Rusiya tərəfindən Krımın ilhaqını tənqid etmişdi. Onun bu mövqeyi Rusiyada və dünyada diqqətləri üzərinə çəkməsinə səbəb olmuşdu. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov növbəti seçkilərdə qadınların prezidentliyə namizəd ola bilməsini konstitusiya qanunlarına uyğun bildiyini söyləyib: "Qadınların prezidentliyə namizəd olmasında problem yoxdur və burada məsələ çox aydındır. Belə ki, Rusiya konstitusiyasındakı qanunda prezident seçilməyə layiq olan hər bir şəxsin xüsusiyyətləri qeyd olunub. Burada qadın və kişiyə aid heç bir bölüm, ayrı-seçkilik yoxdur”. Xatırladaq ki, SSRİ dağıldıqdan sonra Rusiyada keçirilən prezident seçkilərində ilk dəfədir qadınlar namizədliklərini irəli sürüblər. Bu hadisənin Rusiyada qadınların siyasi fəallaşmasının əlaməti, yoxsa hakimiyyətin işlədiyi seçki texnologiyası olub-olmadığı barədə müxtəlif mülahizələr var.
Məsələni "Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, adıçəkilən qadın namizədlərin şansı çox azdır.
Ekspertin sözlərinə görə, Qordon və Sobçakın arxasında nə sosial baza, nə də cəmiyyətin böyük hissəsinin simpatiyası var:
"Aparılan sorğular göstərir ki, Putinə olan rəğbət digər siyasətçilərdən daha çoxdur. Həm də namizədlik məsələsində siyasi və iqtisadi resursları da nəzərə almaq lazımdır. Hakimiyyətin əlində olan resurslar qarşıdan gələn seçkidə Putinin qələbə qazanması üçün böyük avantaj deməkdir. Əslində prezidentliyə namizəd olanlar şanslarının az olduğunu gözəl başa düşürlər. Sadəcə olaraq öz piarlarını qurmaq və müəyyən dairələrin diqqətini çəkmək üçün bu addımı atırlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət