Putinin hərbi bloku Azərbaycana görə yenilik edir?
15:35 23.08.2018
Arxiv
791
Hərbi blok olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanında müşahidəçi və tərəfdaş statuslarına malik olan təmsilçilik yaradılır.
Modern.az saytının xəbərinə görə, bu haqda KTMT-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, avqustun 16-17-də Moskvada təşkilata üzv ölkələrin müvafiq dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə məsləhətləşmələr keçirilib.
Məsləhətləşmələrdə KTMT yanında müşahidəçi statusunda təmsilçilik və KTMT-nin tərəfdaşı statusunun hüquqi rəsmiləşdirilməsinə dair sənədlər paketinin razılaşdırılması müzakirə olunub.
Yaxın zamanlarda sənədlərin layihələrinin KTMT Xarici İşlər Nazirləri Şurasının, həmçinin Müdafiə Nazirləri Şurasının, Milli Təhlükəsizlik Şurası katiblərinin iclasına çıxarılacağı gözlənilir.
Sonda isə sənəd KTMT-nin ali orqanının Kollektiv Təhlükəsizlik Şurasının iclasına çıxarılacaq.
Müşahidəçi statusuna hansı ölkələrin cəlb olunacağı bəlli deyil.
Bir neçə gün bundan öncə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli haqqın.az-a müsahibəsində bildirmişdi ki, yeni geosiyasi şərtlərdə Azərbaycanın KTMT-də iştirakı məsələsinə baxıla bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə