Nəqliyyatla bağlı daha ciddi problemlər var
Qanuna dəyişiklik effektli olmayacaq
08:59 02.11.2017
Arxiv
812
Avtomobilin 24 saatdan çox parklanması üçün cərimələnməsi o qədər də əhəmiyyətli məsələ deyil
Nəqliyyatla bağlı daha ciddi problemlər var
Nəqliyyatla bağlı daha ciddi problemlər var
Ölkəmizdə nəqliyyat vasitəsi istifadəçiləri üçün parklanma müddəti ilə bağlı qanuna dəyişiklik edilir. Məsələ Parlamentin iclasında müzakirə edilən "Yol hərəkəti haqqında” qanunda öz əksini tapıb.
Sənədə əsasən, bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Bu müddətin bitməsinə 1 saat qalmış İnzibati Xətalar Məcəlləsinin125.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Bir parklanmanın müddəti 24 saat müəyyən edilibsə, bu vaxt tamam olmamış nəqliyyat vasitəsi istifadəçisinin məsuliyyəti yarana bilməz, ona görə də qanuna dəyişiklik edilməsinə ehtiyac var.
Bu gün Azərbaycanda parklanma ilə bağlı çox böyük problemlər olduğunu deyən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, indiki şəraitdə yol hərəkətinin təşkili ilə bağlı daha ciddi dəyişikliklərə ehtiyac var. Ekspertin sözlərinə görə, hüquqi baxımdan parklanma müddətinin necə analiz edilməsi və yoxlanılması ilə bağlı məlumat yoxdur:
"Parklanma, yəni nəqliyyat vasitəsinin uzun müddət bir yerdə saxlanılmasıdır. Bizdə 24 saatdır, bəzi yerdə isə 2-5 sutkadır. Hər bir yerdə xüsusi dayanma vaxtına uyğun olan saatlardan, müəyyən mexanizmlərdən istifadə olunmalıdır. Qanuna dəyişiklik etməklə nə əldə olunur ki? Hazırda nəqliyyat problemləri o qədər çoxdur ki, əlavə olaraq bu cür dəyişikliklər edilməsi o qədər də vacib deyil. Avtomobilin 24 saatdan çox parklanması üçün cərimələnməsi o qədər də böyük problem deyil ki, bunun üzərində yenidən işləyirlər. Bəli, "Yol hərəkəti haqqında” qanun təkmilləşməlidir və müəyyən düzəlişlər olmalıdır.
Amma bu düzəlişləri nə xatirinə edirlər, onu başa düşmürəm. Parklanmanın 24 saatdan artıqlığını xronoloji proqnozlaşma ilə aparırlar və bu günə kimi nə qədər ziyanlar olub. Bir ekspert kimi şəxsən mən bu dəyişikliyin effektli olacağını düşünmürəm.
Çünki hazırda nəqliyyatın elə bir problemi var ki, onları həll etmək daha məqsədəuyğundur, nəinki parklanmanı müzakirə eləmək. Onu da qeyd edim ki, ilk növbədə parklanma üçün şərait yaradılmalıdır. Müəyyən mexanizmlər işlənməlidir. Hazırda ölkədə bəzi nəqliyyat vasitələri var ki, onlar müəyyən standartlardan kənardır. Yaşı 20-30 ildən çox olan avtomobillər var və onlar uzun müddət dayanmanı yerinə yetirirlər. Bu maşınların aradan qaldırılması daha aktual problemdir, nəinki parklanmanın 24 saatdan artıq olması ilə bağlı cərimələrin tətbiqi. Məncə, parklanma ilə bağlı problem hazırda vaxtı çatmış bir problem deyil və bu məsələ gələcəkdə nəzərdə tutula bilər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi