“Qarabağ” futbolçuları meydana şəhid övladları ilə çıxacaq
13:43 29.11.2018
Arxiv
950
Bu gün saat 21:55-də 70 min azarkeş tutumu olan Bakı Olimpiya Stadionunda Azərbaycanın "Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Cebhe.info oxu.az-a istinadən xəbər verir ki, "Qarabağ”ın Portuqaliyanın "Sportinq” klubu ilə oyununun başlanğıcı simvolik olacaq.
Qurban Qurbanovun yetirmələri meydana çıxarkən onları Ağdamdan olan məcburi köçkün uşaqlar müşayiət edəcəklər.
"Futbol ulduzları ilə yanaşı, meydana Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin övladları da çıxacaq. Onların arasında Milli Qəhrəman Şirin Mirzəyevin nəvəsi - yeddi yaşlı Mirzəyev Şirin Vaqif oğlu, Milli Qəhrəman Allahverdi Bağırovun nəvəsi - altı yaşlı Bağırov Əli Elşən oğlu və əfsanəvi kəşfiyyatçı, 2016-cı ilin Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun oğlu - 12 yaşlı Oruclu Nihad Raquf oğlu da olacaqlar”, - deyə Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bildirilib.
Həmçinin qeyd edilib ki, bu aksiyanın məqsədi futbolda varislik ənənəsinin rəmzi kimi komandanı dəstəkləmək, futbolçuları qələbəyə ruhlandırmaq, dünya ictimaiyyətinin diqqətini bir daha Ağdamın hələ də işğal altında olması faktına yönəltməklə məcburi köçkün ailələrinin və onların övladlarının öz torpaqlarına qayıtmaq istəyini, komandanın oyunlarının doğma torpaqda keçirilməsi arzusunu nümayiş etdirməkdir.
"Bu təklif dövlət komitəsi tərəfindən hazırlanıb və "Qarabağ” klubu tərəfindən dəstəklənib. Məlumdur ki, Azərbaycanda idmana xüsusi qayğı var və gənc nəslin idmana marağı gündən-günə artır. Və burada Azərbaycan Prezidenti İlham Əliyev kimi, Birinci vitse-prezident, ölkənin birinci xanımı Mehriban Əliyevanın böyük xidmətləri var”, - təşkilatdan bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm