“Qarabağ” UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb
20:24 11.07.2018
Arxiv
1419
İyulun 11-də Ağdamın "Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb.
Turnirin birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ” Lyublyana şəhərindəki "Stojice” stadionunda Sloveniyanın "Olimpiya” komandası ilə qarşılaşıb.
"Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Miçel, Mahir Mədətov, Abdulla Zubir, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Vild-Donald Qerye və Coşqun Diniyev yer alıblar.
"Olimpiya”nın ilk onbirliyində isə meydana Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Rok Kronaveter, Abas İssa, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Ştefan Saviç, Tomislav Tomiç və Daniel Avramovski çıxıblar.
Belçikalı baş hakim Lavrence Visserin idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb.
İkinci hissəyə daha fəal başlayan Ağdam təmsilçisi istəyinə görüşün 79-cu dəqiqəsində çatıb. "Qarabağ”ın futbolçusu Vild-Donald Qerye hesabı açıb. Komandaların cəhdlərinə baxmayaraq, oyunun sonunadək hesab dəyişməyib.
Beləliklə, matç "Qarabağ”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Komandalar arasında cavab oyunu iyulun 18-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. "Qarabağ” mərhələ adlayacağı təqdirdə ikinci seçmə mərhələsində "Kukesi” (Albaniya) -"Valetta” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou