Qənirə Paşayeva BMT təmsilçiləri ilə məcburi köçkün qadınlardan danışıb
10:28 06.11.2017
Arxiv
486
Millət vəkili, Avrasiya Beynılxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva BMT Baş katibinin qadınların iqtisadi hüquqları üzrə əlaqələndiricisi və nümayəndəsi Marianne Olesen, BMT-nin Şərqi və Cənubi Afrika qadınları üzrə regional direktoru Dr. İzeduva Dereks-Briggs və BMT-nin Qadınların iqtisadi hüquqları üzrə keçmiş nümayəndəsi Meq Couns ilə görüşüb. Millət vəkili onlara işğalçı Ermənistanın 1 milyon azərbaycanlının 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə məlumatar verib.
Millət vəkili bütün azərbaycanlıların BMT-dən Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi istiqamətində səylərini daha da artırmalarını gözlədiklərini bildirib.
Qənirə Paşayeva görüş zamanı 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün, 100 minlərlə qaçqın və məcburi köçkün qadının BMT-dən onların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını gözlədiklərini onların diqqətinə çatdırıb.
Millət vəkili Q.Paşayeva onlara Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı da geniş məlumatlar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol