Qənirə Paşayeva İspaniya və İtaliya ictimai xadimləri ilə Qarabağdan danışıb
09:15 02.11.2017
Arxiv
788
Milli Məclis deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vega ilə görüşüb.
"Sherg.az"ın xəbərinə görə, görüş zamanı millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Qarabağ həqiqətləri ilə bağlı, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib.
Azərbaycanın İspaniya ilə əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən millət vəkili Q.Paşayeva ona ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb və geniş fikir mübadiləsi olub.
Millət vəkili Q.Paşayeva həmçinin İtalyanın millət vəkili, AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avropa Şurasının bərabərhüquqluq və diskriminasiya məsələləri üzrə komitəsinin sədri Elena Centemero başda olmaqla İtaliyanın fəal ictimai xadim qadınları ilə də görüşüb.
Millət vəkili Q.Paşayeva İtaliyanın tanınmış təşkilat rəhbərləri professor Rossana Berardi və Giuseppa Seidita ilə də görüşüb və müzakirələr aparılıb. Millət vəkili Q.Paşayeva onlara Azərbaycanla bağlı geniş məlumatlar verməklə bərabər Qarabağ həqiqətləri ilə də bağlı fikir mübadiləsi aparıb.
İtaliyanın ATƏT-in Minsk Qrupunun üzvü olduğunu xüsusi vurğulayan millət vəkili Q.Paşayeva Xocalı soyqırımı barədə də danışıb və "azərbaycanlı köçkünlər İtalyadan Qarabağ problemində ədalətin daha çox dəstəklənməsini gözləyir" deyib. Q.Paşayeva onlara Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar da təqdim edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət