Qərb Universitetinin adı dəyişdi: Western Caspian University (Qərbi Kaspi Universiteti)
11:11 06.11.2017
Arxiv
2935
Qərb Universiteti strukturunun modern universitet strukturuna uyğunlaşması istiqamətində tədbirlər görür. "Sherg.az" xəbər verir ki, hazırda universitetin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar qurulub və bu proses yenə də davam etdirilir. Eyni zamanda tədris metodikasının yenilənməsi, ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılması üçün ardıcıl iş aparılır. Qərb Universitetinin Qəyyumlar Şurasının mövqeyi bundan ibarətdir ki, universitet ölkənin aparıcı təhsil müəssisəsi olmaqla kifayətlənməyərək regionun aparıcı universitetinə çevrilməlidir.
Universitet cari tədris ili ərəfəsində kadr hazırlığı aparacağı ixtisasların sayını təxminən iki dəfəyə qədər artıraraq 36-ya çatdırdı. Tələbə sayının artacağını nəzərə alaraq illik təhsil haqlarını 50 faizədək aşağı saldı. Bu, keyfiyyətli təhsilin daha əlçatan olması baxımından olduqca mühüm qərar idi.
Daim innovativ yenilikləri, layihələri, gənclərə yüksək keyfiyyətli təhsil imkanı yaradan, beynəlxalq proqramları ilə seçilən Qərb Universiteti bu əlaqələrini bir qədər də genişləndirib, yeni-yeni əməkdaşlıq platformalarına çıxış əldə olunub, partnyorluq əlaqələri bir qədər də diversifikasiya edilib.
Beləliklə, fəaliyyət istiqamətlərini forma və məzmunca yeniləyən, genişləndirən universitetin rebrandinqi üçün də təbii bir zərurət formalaşmışdı.
Yeni keyfiyyət mərhələsinə keçidi simvolizə etmək, eyni zamanda Azərbaycançılıq ideyalarının, ölkəmizin və onun dəyərlərinin beynəlxalq miqyasda təbliği və tanınması, o cümlədən, regionun tarixi və coğrafi adını vurğulamaq məqsədi ilə Qərb Universiteti yeni adla fəaliyyət göstərəcək: Western Caspian University.
Məqsəd isə birdir: Multikultural və milli dəyərlərə bağlı, ən müasir texnologiyalar, standartlar əsasında gələcək karyeralarında uğurlar qazanacaq, biznes, idarəçilik və digər istiqamətlər üzrə peşəkar mütəxəssis və liderlik keyfiyyətlərinə sahib kadrlar hazırlamaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region