Reket jurnalistlər regionlara axışır - İş adı ilə pul "atırlar""
13:41 26.10.2017
Arxiv
890
Əflatun Amaşov:"Bir neçə regionda hansı mətbuat vasitələrini tanıdıqları haqqında sorğu keçirdik. İnsanlar ciddi mətbuat orqanlarının əksəriyyəti ilə tanış deyil. Amma "reket"lərin adlarını çəkənlər çox oldu"
"Regionlarda daha çox reket yönlü mətbuat nümayəndələri olur”.
Bu barədə "Sherg.az”a bəzi "jurnalistlərin" regionlarda müxtəlif vədlərlə insanları aldadıb, vəsaitlərini mənimsəməsinə münasibət bildirərkən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib.
O qeyd edib ki, bununla bağlı şuraya da şikayətlər daxil olur:
"Bəzi məqamlarda elə jurnalistlər bilərəkdən vətəndaşların şikayətlərini şişirdir. Yerli rəhbərlik qarşısında məsələ qaldırırlar. Bunların arxasında isə şəxsi mənafeyə xidmət dayanır. Buna görə, müxtəlif təzyiq üsullarından istifadə edirlər. Beləliklə, ciddi mətbuat nümayəndələri ilə müqayisədə reket jurnalistlər regionlarda daha populyar olurlar.
Bir dəfə bir neçə regionda hansı mətbuat vasitələrini tanıdıqları haqqında sorğu keçirdik. Məlum oldu ki, insanlar ciddi mətbuat orqanlarının əksəriyyəti ilə tanış deyil. Əksinə olaraq, reket jurnalistika ilə məşğul olanların adlarını çəkənlər çox oldu”.
Ə.Amaşov vurğulayıb ki, vətəndaşlarla əlaqə qurub, müxtəlif vədlərlə onların pulunu alan jurnalistlərə qarşı hüquqi müstəvidə mübarizə aparmaq lazımdır:
"Həqiqətən elə mətbuat nümayəndələri var ki, regionlarda insanları işə düzəltmək, hansısa məsələni həll etmək adı ilə aldadır, pulunu alır. Bu, cinayət müstəvisində həllini tapmalıdır. Doğrudan da kimsə rüşvət alıbsa, yaxud rüşvət veribsə, səbəbləri öyrənilməlidir. Belə məqamlarda bəzən həmin pul borc götürülür, notarial qaydada öz təsdiqini tapır. Üzərinə düşdükdə isə deyirlər ki, bu pul borc götürülüb. İstənilən halda bunlar ciddi məsələdir. Vətəndaşlar belə hallarda birbaşa hüquq-mühafizə orqanlarına müraciət etməlidir”.
Belə dələduzluqla məşğul olan şəxslərin jurnalistikaya xələl gətirməsinə gəlincə, sədr əlavə edib ki, bu, ciddi jurnalistlərin də nüfuzuna zərbə vurur:
"Reket jurnalistlərin qanunsuzluqları mətbuatın ümumi imicinə xələl vurur. İnsanlar isə belə faktlarla qarşılaşdıqda ciddi jurnalistikaya inamı azalır. Ona görə, bunların qarşısını almaq, tədbirlər görmək lazımdır”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya