RESPUBLİKADA İLK: Dişlər tam ağrısız müalicə olunur
13:32 24.10.2017
Arxiv
648
İnsanı ən çox narahat edən ağrılardan biri də diş ağrısıdır. Çox vaxt məhz bu ağrının qorxusundan insanlar stomatoloqa getməyi uzadırlar. Çünki çox vaxt diş həkimləri ağrıkəsici olmadan işləyirlər. Lakin artıq bu qorxular geridə qalıb.
Ailem.az-ın məlumatına görə, respublikamızda ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə və Tədris-Stomatoloji Klinikalarında bütün növ stomatoloji yardımlar tam ağrısızlaşdırma (narkoz) altında aparılır. Bütün bu stomatoloji yardımlar professor Çingiz Rəhimovun rəhbərliyi altında təcrübəli anestezioloqların iştrakı ilə keçirilir.
ATU-nun ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, tibb elmləri doktoru, professor Çingiz Rəhimovun sözlərinə görə, BMT konvensiyasına əsasən, bütün pasiyentlərin hüquqları qorunmalıdır: "Bu konvensiyaya görə hər bir pasiyentin ağrısız müayinə və müalicə almaq hüququ var. Tarix boyu stomatoloqlar üzərində belə bir "ağrı” tabusu olub. Stomatoloq deyəndə, insanın ağlına ilk ağrı gəlir. Amma bu gün bizim tamamilə ağrısız, stomatoloji xidmət göstərmək, müayinə və müalicə aparmaq imkanımız var. Bizdə kifayət qədər ağrısızlaşdırıcı vasitələr, müasir stomatologiyada istifadə olunan avadanlıqlar var”.
Ç.Rəhimov bildirir k, hər bir xəstəyə ümumi keyləşdirici ilə stomatoloji xidmət göstərməyə ehtiyac yoxdur. Bu zaman xəstələrin vəziyyəti, aparılan əməliyyatların miqyası fərqləndirilir: "Elə insan var ki, kiçik bir əməliyyatı dözülməz hesab edir, adi bir iynənin vurulmasına belə imkan vermir. Digər tərəfdən, elə xəstəliklər olur ki, insan istəsə belə, bu ağrılara dözə bilməz. Belə hallar xüsusilə də nevroloji problemləri olan uşaqlarda olur. Bəzən bu tip uşaqları heç kürsüyə otuzdurmaq belə mümkün olmur. Bu cür xəstələri yalnız yatızdırmaq və müalicəni aparmaq mümkündür”.
Həkimin sözlərinə görə, pasiyentlər də bu xidmətdən gen-bol yararlanırlar. Çünki son zamanlar xəstələr ağrı çəkmək istəmir, dişə adi bir müdaxiləni də narkozla aparılmasını istəyirlər: "Əvvəllər belə bir imkanımız yox idi. İndi isə respublikada ilk dəfə olaraq biz bu metodu tətbiq edirik. Onu da qeyd edim ki, ambulator şəkildə ağrısız stomatoloji xidmətin göstərilməsi zamanı xəstələrin xərci də az çıxır. Sözsüz ki, ümumi keyləşdirmə ilə aparılan bütün müalicələr əsaslandırılmış olmalıdır. Məsələn, son vaxtlar əhali arasında allergiya yayılıb. Belə pasiyentlər heç bir dərman vasitəsini qəbul etmirlər. Bu hallarda ümumi keyitmə bizim köməyimizə çatır”.
Çingiz Rəhimov qeyd edir ki, ağrısızlaşdırma yolu ilə stomatoloji xidmətin ambulator şəraitdə aparılmasına icazə almaq üçün müəyyən işlər aparılıb. İlk öncə Tibb Universiteti adından Səhiyyə Nazirliyinə müraciət olunub. Nazirlikdən bildirilib ki, yalnız müvafiq şərtlərin ödənildiyi şəraitdə bu xidmətin göstərilməsinə icazə verilə bilər: "Biz ATU-nun tədris stomatoloji klinikasında bu şəraiti yaratdıq. Xüsusi avadanlıqlar aldıq. Eyni zamanda xüsusi komissiya təşkil olundu. Bu komissiyaya respublikanın baş anestezioloqu, Tədris Cərrahiyyə Klinikasının baş həkimi, reanimatoloqlar, bu xidmətdə iştirak edəcək mütəxəssislər daxil oldu. Komissiya üzvləri ATU-nun Tədris Stomatoloji klinikasında yaradılan şəraitlə tanış olduqdan sonra belə bir əməliyyatların narkoz altında aparılmasına razılıq verildi”.
Artıq iki ildir ki, ATU Stomatoloji Klinikasında əhaliyə bu xidmət – ağrısız stomatoloji yardım göstərilir. Bu aydan etibarən həmin xidmət ATU-nun Tədris Cərrahiyyə Klinikasında da təqdim olunacaq.
Qeyd: Tibb Elmləri Doktoru, professor Çingiz Rəhimov 38 illik peşə təcrübəsinə malikdir. 36 yaşında öz ixtisası üzrə keçmiş Sovetlər İttifaqında ən gənc tibb elmləri doktoru adına layiq görülüb. 100-dən çox elmi işin, 3 monoqrafiyanın, 2 ixtiranın, 4 səmərləşdirici təklifin müəllifidir. 10 tibb elmlər namizədi hazırlayıb. Hazırda onlarla gənc mütəxəssis onun rəhbərliyi altında elmi-tədqiqat işləri aparır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya