Rəsulzadənin məzarının Vətənə köçürülməsi çox ciddi məsələdir
12:10 04.11.2017
Arxiv
921
Rəis Rəsulzadə: “Bunun üçün əvvəlcə münasib və real şərait yaradılmalıdır”
"Məhəmməd Əmin Rəsulzadənin məzarı ölkəyə gətirilməlidir. Amma məzar gətirilməmişdən öncə onun hüquqi statusu aydınlaşmalıdır”. Bu barədə "Yeni Müsavat”a açıqlamasında Rəsulzadə Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi-alim Nəsiman Yaqublu deyib. Tarixçi məzarın ölkəyə gətirilməsinin bir qədər çətin olduğunu vurğulayıb.
Alimin fikrincə, Rəsulzadənin məzarının ölkəyə gətirilməsi üçün ilk növbədə onun hüququ əsasları təmin olunmalıdır: "Birdən-birə məzarı gətirib, burada hansısa bir yerdə dəfn etmək qeyri-mümkündür. Harada dəfn olunması, onun statusu müəyyən edilməlidir. Bu məsələlər həll olunmadan onun məzarının Azərbaycana gətirilməsi çətindir”. N.Yaqublunun sözlərinə görə, Rəsulzadənin qəbrinə Türkiyədə yüksək səviyyədə diqqət ayrılır. Bu baxımdan "onun məzarının gətirilməsinə əsas varmı” sualına hamıdan əvvəl Rəsulzadənin ailəsi, varisləri cavab verməlidir: "Hər halda onların hüquqları çatır ki, bu məsələyə müdaxilə etsinlər. Mən tədqiqatçı kimi fikirlərimi bildirirəm. Türkiyə bizə doğma, qardaş ölkədir. 1995-ci ildən bu günə qədər bir neçə dəfə Rəsulzadənin qəbrinin üstü təmir edilib. Son dəfə o məzarı çox gözəl şəkildə hazırlayıblar”.
Alimin təklifi ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyib ki, uzun illərdir, yubileylərdə, tədbirlərdə bu məsələ gündəmə gətirilir və ətrafında söz-söhbətlər gedir. Lakin bunların hamısı ümumi söhbətlərdir və sadəcə olaraq xoş niyyətlərdir:
"Məzarın köçürülməsi çox ciddi məsələdir. Bunun üçün əvvəlcə münasib və real şərait yaradılmalıdır. Yalnız ondan sonra köçürülmə baş tuta bilər. Məsələyə elə-belə yanaşmaq olmaz, asan başa gələn iş deyil”.
R.Rəsulzadə AXC-nin yüz illik yubileyi ilə bağlı görülən işlərə də münasibət bildirib. Rəsulzadənin varisi vurğulayıb ki, o, Nəsiman Yaqublunun hazırladığı və Prezidentə göndərdiyi təklifləri dəstəkləyir:
"Nəsiman bəy Prezidentə müraciət etməmişdən qabaq mənimlə məsləhətləşib. Fikrimcə, tarixçi-alimin dövlət başçısına göndərdiyi təkliflərin hamısı çox gözəl və yerindədir. O, öz təklifində düzgün olaraq qeyd edir ki, Cənubi Qafqazın ən qabaqcıl respublikası Azərbaycandır. Ermənistan və Gürcüstan həmin tarixlərdə istiqlaliyyətini bəyan etdiklərinə görə, onlar da yüz illiklərini qeyd etməyə hazırlaşırlar. Belə məqamda Azərbaycanın tədbirləri qonşu ölkələrlə müqayisədə qətiyyən sönük görünməməlidir. Məncə, çox vacib məsələdir.
Çünki bəhs edilən şərəfli tarix hamımızı maraqlandırır. Hamının qəlbində istiqlal eşqi yaşayır. Bu baxımdan özümüzə layiq şəkildə tədbirlər keçirməliyik. Düşünürəm ki, yüz illik yubileyin çox yüksək səviyyədə təşkil edilməsi üçün dövlətimizin imkanları var”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət