Robot-stomatoloq insanın iştirakı olmadan əməliyyat keçirdi
16:34 07.11.2017
Arxiv
676
Son zamanlar həkimlərə müxtəlif əməliyyatlar aparmaqda kömək edən robotlar hazırlandığı barədə çoxsaylı informasiya yayılır. Elə robotlar da var ki, belə əməliyyatları müstəqil şəkildə keçirə bilir. Buna əyani misal Çində istehsal olunan və bu günlərdə ilk müstəqil əməliyyat aparan robot-stomatoloqdur.
"Sherg.az"ın "azərtac”a istinadən xəbərinə görə, robot qadın pasientin ağzına 3 ölçülü printerdə hazırlanan 2 ədəd diş qoyub. Həmin əməliyyat zamanı yaxınlıqda bir neçə tibb işçisi olub. Onlar yalnız robotlaşdırılmış stomatoloqun fəaliyyətini izləyib və əməliyyata heç bir vacib müdaxilə etməyiblər.
Əməliyyat noyabrın 4-də Sian şəhərində həyata keçirilib. Mütəxəssislər implantın qoyulduğu zaman xətanın 0,2-0,3 millimetrdən çox olmadığını və onun bu cür əməliyyatlarda məqbul sayıldığını bildiriblər. Ekspertlər hesab edirlər ki, belə robotların tətbiqi stomatoloqlar arasında yüksək səviyyəli mütəxəssis çatışmazlığını aradan qaldırmağa kömək göstərəcək.
Robot-stomatoloqun ərsəyə gəlməsində Sian şəhərində yerləşən hərbi-tibbi universitetin stomatoloji hospitalının və robot-texniki institutunun çox sayda mütəxəssisi iştirak edib və onun hazırlanmasına dörd il vaxt lazım gəlib.
Statistikaya əsasən, Çində 400 milyona yaxın insanın peşəkar stomatoloqların xidmətinə ehtiyacı var. Lakin bütün müştərilərə yeni diş qoya biləcək həkimlər çatışmır. Hazırda ölkədə implant qoymaqla məşğul olan çox sayda həkim olsa da, onların heç də hamısı lazımi bilik və təcrübəyə malik deyil. Nəticədə pasientlərin bir çoxu yeni dişlər qoyulduqdan sonra daha böyük problemlərlə qarşılaşır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət