Rusiya raketi dənizə düşdü: Nüvə sızması qaçılmazdır – TƏHLÜKƏ
11:14 23.08.2018
Arxiv
762
Rusiya ötən ilin noyabrında nüvə başlıqlı raketi sınaqdan keçirməyə cəhd edib və bu uğursuzluqla nəticələnib. Nəticədə raket dənizə düşüb.
Modern.az saytının CNBC-yə istinadən xəbərinə görə, bu haqda ABŞ kəşfiyyatının məruzəsi ilə tanış olan mənbələr bildirib.
Məlumatda qeyd olunub ki, Rusiya hərbi gəmilərinin ekipajları həmin raketi axtarmağa cəlb olunacaq.
Həmin raketin Barens dənizinə düşdüyü bildirilib. Axtarış əməliyyatlarına 3 gəmi cəlb ediləcək. Onlardan biri xüsusi olaraq radioaktiv materiallarla iş üçün nəzərdə tutulub.
ABŞ kəşfiyyatının məruzəsində raketin nüvə reaktorunun ətraf mühit üçün potensial risk olması haqda bir məqam yer almayıb.
Amerika analitikləri isə dənizə düşən raketin təhlükə yaradıb-yaratmamasını müzakirə edirlər.
"Əlbəttə ki, nüvə mühərriki ilə havaya raket buraxılıbsa, o zaman o raketin düşdüyü yerdə nüvə materialı olacaq” – bunu Amerika Alimlər Federasiyasının nüvə informasiyası layihəsinin direktoru Hans Kristensen deyib.
"Şübhə var ki, raket çox güclü zərbə ilə düşüb. Buna görə şübhə etmirəm ki, nüvə sızması qaçılmazdır”- ekspert əlavə edib.
Rusiya prezidenti Vladimir Putin bu ilin martında Federal Məclisə müraciətində bəyan etdi ki, ölkəsi fantastik silahlara malikdir.
Vladimir Putin iddia edirdi ki, nüvə mühərrikli qanadlı raketlər qeyri-məhdud uçuş uzaqlığına malikdir. Lakin Qərb mediası yenidən Putinin dediklərinin sadəcə blef olması üzərində dayanıb.
Bundan əvvəl bildirilirdi ki, qanadlı raketlərin sınaqları zamanı onlar yalnız 35 kilometr uça biliblər. 2017-ci ilin noyabrından 2018-ci ilin fevralına qədər Rusiya dörd dəfə qanadlı raketlərin sınaqlarını keçirib, lakin bu sınaqlar uğursuz alınıb.
Rusiya isə raket sınaqlarının uğursuz olmasını inkar edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə