Moskva müttəfiqi Ermənistana silahları pulsuz verir, Azərbaycana isə baha qiymətlərlə satır
Rusiya regionu hərbiləşdirir
21:40 24.10.2017
Arxiv
684
Amanda Polun sözlərində həqiqət var
Moskva müttəfiqi Ermənistana silahları pulsuz verir, Azərbaycana isə baha qiymətlərlə satır
Moskva müttəfiqi Ermənistana silahları pulsuz verir, Azərbaycana isə baha qiymətlərlə satır
"Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir və bu çox təhlükəlidir”. Bunu Avropa Siyasi Mərkəzinin analitiki Amanda Pol deyib. Pol vurğulayıb ki, Ermənistanın və ümumiyyətlə regionun hərbiləşdirilməsi heç də müsbət hal deyil. Pol bildirib ki, Rusiya Ermənistanın ən böyük himayədarıdır: "Rusiya Ermənistanda hərbi bazasının olmağından əlavə, Ermənistana və Azərbaycana böyük miqdarda silah satır və bunu özünün balanslaşdırılmış siyasətinin bir hissəsi kimi əsaslandırır”.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilib.
A.Polun iddialarını "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, Avropada Adi Silahlara dair Cinah Sazişi mövcuddur. Bu sazişə görə dünyanın hər bir ölkəsi üçün silah və əsgər kvotası müəyyən edilib:
"Sazişdə Cənubi Qafqaz ölkələri üçün nəzərdə tutulan hərbi texnikanın və əsgəri heyətin sayı qeyd olunub. Amanda Polun sözlərində həqiqət var. Rusiya regionu hərbiləşdirir. Moskva müttəfiqi Ermənistana silahları pulsuz verir, Azərbaycana isə baha qiymətlərlə satır. Bizim ölkə düşmən təcavüzünə məruz qalıb. Bu səbəbdən silah-sursat almağa, hətta daha artıq silahlanmağa haqqımız çatır. Zəruri məqamda silah və əsgər kvotasını aşa bilərik”. Politoloq bildirib ki, Azərbaycan üçün ayrılan kvota çox aşağı həddədir:
"Məsələn, Ermənistan üçün nə qədər müəyyən edilibsə, Azərbaycan üçün də o qədər təyin olunub. Halbuki düşmən ölkədə 3 milyon, Azərbaycanda isə 10 milyon əhali yaşayır. Əsgərlərimizin sayı 3.3 dəfə Ermənistandan çox olmalıdır. Üstəlik, təcavüzə məruz qaldığımıza görə, bundan da çox silah almalıyıq. Nəzərə alaq ki, düşmən ölkə danışıqlardan qaçır və hər gün cəbhədə təxribatlara əl atır. Azərbaycan öz torpaqlarını düşməndən azad etmək üçün Silahlı Qüvvələrini təkmilləşdirir, ordunun hərbi hazırlığını daim yüksək vəziyyətdə saxlayır. Buna tam mənəvi haqqımız var”.
Q.Hüseynli vurğulayıb ki, Ermənistanda Rusiyanın bir neçə hərbi bazası var və onlar hər il gücləndirilir: "Gümrüdəki, Eribunidəki silah bazaları çox təhlükəlidir. Bölgədə silahlanmağa rəvac verən ölkə Rusiya və onun əlaltısı Ermənistandır. Ermənistan Avropada Adi Silahlara dair Cinah Sazişini daha çox pozur və bölgədə hərbi qarşıdurmanı körükləyir. Ölkələrin sürətlə silahlanmasından danışarkən mütləq bunun səbəblərini izah etmək lazımdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya