Rusiyada dünya çempionunu öldürən azərbaycanlıdan SON XƏBƏR




Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevi öldürməkdə günahlandırılan Anar Allahverənov 19 il azadlıqdan məhrum edilə bilər.

Məlumata görə, əvvəlcə istintaq güman edirdi ki, müttəhim idmançını ehtiyatsızlıq edərək vurub. Əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan Allahverənova qarşı 105-ci maddə ilə ("qəsdən adam öldürmə”) ittiham irəli sürülüb.

Hazırda cinayət işi təhqiqatlar davam edir. Dövlət ittihamçısı azərbaycanlının 19 il azadlıqdan məhrum edilməsini tələb edib.

"Müdafiə tərəfi çərşənbə axşamı və cümə axşamı öz mövqeyini təqdim edəcək”, - Draçevin ailəsinin vəkili Yevgeni Şevsova bildirib.

Allahverənovdan başqa, hadisə yerinə gələn, amma qətlin qarşısını almayan Rusiya Qvarsiyasının əməkdaşları da cəzalandırıla bilər.(publika.az)