
"Rusiyada Kseniya Sobçakı prezidentliyə ilhamlandıran Boris Yeltsinin ailəsidir ? "
16:11 25.10.2017
Arxiv
896
"Qərbdə belə yanaşma var ki, guya Kseniya Sobçak hakimiyyətin ortaya atdığı şəxsdir. Onun opponent kimi ortaya çıxmasına səbəb isə həqiqi müxalifəti öz tərəfinə cəlb edib, Rusiya hakimiyyətinə kömək etməkdir"
"Kseniya Sobçak gah özünü jurnalist kimi qələmə verir, gah ictimai xadim adlandırılır, bəzən isə qeyri-hökumət təşkilatları ilə sıx əlaqələri gündəmə gətirilir”.
Bunu "Sherg.az”a Rusiyada prezidentliyə namizəd Kseniya Sobçakın seçilmək imkanlarından danışarkən politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, xanım namizədin prezidentliyə iddiası Rusiyanın özündə də birmənalı qarşılanmır:
"Çünki K.Sobçakın atası Sankt-Peterburqun meri, prezident Vladimir Putinin müəllimi olub. İndi isə onun müxalif mövqedən çıxış etməsi mübahisə doğurdu.

Qərbdə belə yanaşma var ki, guya Kseniya Sobçak hakimiyyətin ortaya atdığı şəxsdir. Onun opponent kimi ortaya çıxmasına səbəb isə həqiqi müxalifəti öz tərəfinə cəlb edib, Rusiya hakimiyyətinə kömək etməkdir. Belə insanlar çox dəyişkən mövqeyə malik olurlar. Belələrində tez-tez fikirlərini, mövqeyini dəyişmək, bir cinahdan digərinə keçmək addımları güclüdür. Ola bilər ki, xanım namizəd ümumiyyətlə, başqa cinahdan prosesə qatılıb. Ortada bir fakt var ki, onun hazırda böyük piar kampaniyası aparılır və onun qərargahının işlərini aparan isə Boris Yeltsinin komandasına daxil olan şəxslərdəndir.
Belə fikir var ki, Kseniya Sobçakı bu işə ilhamlandıran məhz Boris Yeltsinin ailəsi – xanımı və qızlarıdır. Bunun məqsədi kimi isə Rusiyada hakimiyyətin silkələnməsi, onların rahat vəziyyətini daraltmaq göstərilir. Hələ ki, ortada nəticə yoxdur, hakim partiyanın namizədi özünü büruzə vermir. Ümumiyyətlə, hakim partiya ehtiyatlı mövqe sərgiləyir”.
Qeyd edək ki, Kseniya Sobçak beynəlxalq hüquq baxımından Krımı Ukrayna ərazisi hesab etdiyini deyib. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə bəyan edib ki, Kseniya Sobçak bu fikirlərinə görə cəzalandırılmalıdır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya