Rusiyada Mi-8 helikopteri qəzaya uğradı





Rusiyada Mi-8 helikopteri Yamalo-Nenets muxtar dairəsində sərt eniş edib. Axar.az xəbər verir ki, helikopterdə 22 sərnişin, 3 ekipaj üzvü olub. Helikopterlə əlaqə bir müddət kəsilib, daha sonra pilot əlaqə saxlayaraq bildirib ki, helikopter sərt eniş edib, üç nəfər isə yaralanıb. Olay yerinin mürəkkəb meteoroloji şəraitə malik olduğu bildirilib. Xilasedicilər hadisə yerinə yollanıblar.