Rusiyadakı azərbaycanlılar Baş prokuror İqor Krasnova müraciət ediblər
15:14 07.06.2021
Arxiv
534
"Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın Məsləhət Şurası və "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov ölkənin Baş prokuroru İqor Krasnova müraciət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, müraciətdə 28 may 2021-ci il tarixində Novosibisk vilayətinin Moşkov rayonunda baş vermiş faciəli hadisə zamanı vətəndaş Vəki Abdullayevin Dövlət Yol Polisi (DYP) əməkdaşı Aleksandr Qusev tərəfindən qətlə yetirildiyinə diqqət cəlb edilib. Hadisə zamanı polis əməkdaşının bu cinayəti istəmədən və ehtiyatsızlıq üzündən törətdiyi istisna edilməyib.
Qeyd edilib ki, sosial şəbəkələrdə və mediada yerləşdirilən videolentdən yol polisinin heç kim üçün təhlükə yaratmayan Vəkil Abdullayevə atəş etməsinin göründüyü, halbuki həmin vəziyyətdə odlu silahdan istifadə etməyə ehtiyacın olmadığı nəzərə çatdırılıb: "Aydın məsələdir ki, A.Qusev qeyri-peşəkar və məsuliyyətsiz davranıb. Onun ehtiyatsız hərəkətləri 19 yaşlı Vəkil Abdullayevin ölümü ilə nəticələnib".
Hazırda kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirələrin aparıldığı, bəzi bədnam insanların məsuliyyətsiz açıqlamalarının, xüsusilə də "Russian Today" telekanalının əməkdaşı, RF İctimai Palatasının üzvü Mariya Butinanın qətli törədən DYP əməkdaşının hərəkətlərini təqdir etməsi barədə fikrinin ölkədə vəziyyətin gərginləşdirilməsinə gətirib çıxara biləcək mübahisələr doğurduğu bildirilib.
M.Butinanın təxribat xarakterli açıqlamasının cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane ola biləcəyini qeyd edən soydaşlarımız Baş prokuroru M.Butina ilə əlaqədar müvafiq tədbirlərin görülməsinə və vətəndaş Vəkil Abdullayevin qətli ilə bağlı cinayət işinin istintaqını şəxsi nəzarətinə götürməyə çağırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual