Rusiyanın ehtiyat fondu tükəndi
20:21 13.12.2016
Arxiv
1347
Avropa iqtisadi təzyiqlərin nəticə verdiyinin fərqindədir
Rusiyanın Hesablama Palatasının rəhbəri Tatyana Qolikova ölkəsinin ciddi maddi problem yaşadığını etiraf etmək məcburiyyətində qalıb. Palata rəhbəri söyləyib ki, Rusiya mütləq yeni büdcə qaydaları formalaşdırmalıdır:
"Ehtiyat fondumuz gələn il tükənəcək. Əgər Moskva çıxış yolu tapmazsa, ölkə ağır vəziyyətədüşəcək. İndi neftin qiyməti 50 dollardır. Ona görə də yeni qaydaları təcili həyata keçirmək lazımdır”. T.Qolikova vurğulayıb ki, büdcə hesablamalarına əsasən, 2017-ci ildə Rusiyanın Ehtiyat Fondu tam şəkildə tükənəcək və hökumət Milli Rifah Fondunun vəsaitlərindən istifadə etməyə məcbur olacaq. Məlumat üçün bildirək ki, Ukrayna və Suriya böhranından dolayı Qərb dövlətləri xeyli müddətdir Rusiyaya iqtisadi sanksiyalar tətbiq edir. Zaman-zaman verilən açıqlamalardan aydın olur ki, Moskva sanksiyalara tab gətirməkdə ciddi çətinlik çəkir və iqtisadi böhrana sürüklənir.
Hesablama Palatasının etirafını "Şərq”ə şərh edən politoloq Qabil Hüseynli deyib ki, uzun müddət nə Qərb, nə də Rusiya geri addım atacaq:
"Nə qədər ki, Rusiyada Vladimir Putin hakimiyyət başındadır, Moskva indiki siyasi xətti yürütməkdə davam edəcək. Qərb də öz növbəsində Rusiyaya tətbiq etdiyi sanksiyalardan nəinki imtina edəcək, üstəlik, daha da sərtləşdirəcək. Çünki Avropa iqtisadi təzyiqlərin nəticə verdiyinin fərqindədir”. Ekspertə görə, prosesin bu şəkildə davam etməsi Rusiyanı iqtisadi çöküşə sürükləyir: "Neftin qiymətinin nisbətən bahalaşması prosesin qarşısını almaq gücündə deyil. Çünki ciddi qiymət artımından söhbət getmir. Rusiyanın xarici valyuta gəlirləri xeyli azalıb. Üstəlik, Kreml durmadan hərbi xərclərini artırır. Qərb mənbələrinin verdiyi məlumata görə, Rusiya illik gəlirinin 60 faizini hərbi məsələlərə yönəldir. Militarizm sovet imperiyasını çökdürdü, Rusiyanın da bu siyasəti onu çökdürə bilər. Bir sözlə, Rusiya-Qərb qarşıdurmasının sonunda ya ölkədə hamı Putinə, mövcud rejimə qarşı ayağa qalxacaq, ya da ölkədə vilayətlərin mərkəzdən qaçma meyilləri güclənəcək. Bu isə ölkənin parçalanması deməkdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə