Saakaşvili Poroşenkonu gözdən salmağa çalışır
07:43 26.10.2017
Arxiv
594
“İndi Ukraynada əsəb müharibəsi gedir, kimin əsəbi möhkəm olacaqsa, o da qalib gələcək”
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Ali Radasının qarşısında etirazçıların quraşdırdığı çadırlardan birində məskunlaşıb.
Mariinski parkında qurulan çadırın qarşısında bir neçə mühafizəçi keşik çəkib. Eks qubernator müxalif siyasətçiləri də ona qoşulmağa çağırıb və Poroşenkonun istefa verməsini tələb edib.
Bu arada Ukraynanın Miqrasiya Xidməti Saakaşviliyə qaçqın statusu verməkdən imtina edib.
Baş prokuror Yuri Lutsenko deyib ki, Kiyev hökumətinin sabiq qubernatoru deportasiya etmək haqqı var.
Ukraynadakı siyasi prosesləri "Şərq”ə şərh edən politoloq İlqar Vəlizadə deyib ki, Poroşenkonun vəzifədən gedəcəyi ilə bağlı səsləndirilən fikirlər tələsik deyilmiş sözlərdir. Ekspertin sözlərinə görə, Ukrayna Prezidenti yalnız Qərb ilə münasibətləri korlayacağı halda hakimiyyətdən uzaqlaşdırıla bilər:
"Hazırda Poroşenko ABŞ və Avropa ölkələri ilə normal münasibət saxlayır. Saakaşvili isə çalışır ki, müəyyən proseslərlə Poroşenkonun Qərblə münasibətlərini korlasın və onu gözdən salsın. Hətta tərəflər arasında silahlı qarşıdurmanın yaranmasını da arzu edir. Əgər etirazlar silahlı müqavimət şəklində olarsa, hökumət qüvvələri müxaliflərə silahla qarşılıq verər. O zaman Poroşenko həm Qərbdə, həm də Ukraynada öz tərəfdarlarını itirəcək və dəstəyini itirəcək”.
Analitik bildirib ki, indiki məqamda Poroşenko ölkədəki vəziyyətə tam nəzarət etsə də, hələlik silahlı qarşıdurmaya əl atmır:
"İndi Ukraynada əsəb müharibəsi gedir, kimin əsəbi möhkəm olacaqsa, o da qalib gələcək. Saakaşvilini dəstəkləyən müxalif qüvvələr açıq hərəkətlərə keçməyə tələsmir. Timoşenko da gözləmə mövqeyindədir. Sanki daha ciddi proseslərin baş verməsini gözləyirlər. Yaxın aylarda Ukraynanın aqibəti bəlli olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya