Sabiq XİN başçısı nikbin deyil: “Bu cür danışıqlar münaqişəni həll etmir” – Nə etməli ?
12:27 27.03.2019
Arxiv
514
Tofiq Zülfüqarov:"Ermənistan müxtəlif variantlar fikirləşir ki, Vyana görüşü baş tutsa da, nəticə olmasın. Yaxud, bilinsin ki, İrəvan torpaqları azad etmək fikrində deyil”
"Təəssüflər olsun ki, bu cür danışıqlar Dağlıq Qarabağ məsələni həll etmir”.
Bunu "Sherg.az” açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Sabiq XİN rəhbəri bildirib ki, Ermənistan tərəfi, konkret baş nazir Nikol Paşinyan radikal bəyanatlar verməklə məşğul idi:
"Erməni rəhbərliyi nəinki Qarabağı, hətta ətraf əraziləri də işğaldan azad etmək niyyətində olmadığını dilə gətirirdi. Hətta belə bir bəyanat da verirdi ki, İrəvan torpaqları sülhlə qaytarmaq istəmir. Paşinyanın bu tipli bəyanatlarından sonra həmsədrlər tərəfindən ona bəzi təzyiqlər oldu.
Paşinyanı məcbur etdilər ki, danışıqlara "hə” desin. İndi Ermənistan tərəfi müxtəlif variantlar fikirləşir ki, Vyana görüşü baş tutsa da, nəticə olmasın. Yaxud, bilinsin ki, İrəvan torpaqları azad etmək fikrində deyil”.
T.Zülfüqarovun sözlərinə görə, Azərbaycan tərəfi anlayır ki, ermənilər sülh yolu ilə torpaqlarımızı qaytarmaq niyyətindən uzaqdırlar:
"Rəsmi Bakı çalışır ki, həm bu cür görüşlər, həm də baş verən hadisələr fonunda ermənilərin işğalçılıq siyasətini ifşa etsin. Məqsəd düşmənin əsl niyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Məncə, Vyana görüşünə razılıq verilməsinin də mahiyyəti bundan ibarətdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə